Fidan: İstanbul danışıqları Ukraynada nizamlanma üçün əsas ola bilər
İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında aparılan danışıqlar hərtərəfli atəşkəs və münaqişənin sülh yolu ilə həlli üçün əsas olacaq.
“Sizinxeber.az” TASS-a istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Budapeştdə Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclasında deyib.
"Ümid edirik ki, İstanbul danışıqları gələcəkdə hərtərəfli atəşkəsə, eləcə də ədalətli və möhkəm sülhün bərqərar olmasına yol açacaq", - Fidan bildirib.
Qeyd edək ki, mayın 16-da İstanbulda Rusiya və Ukrayna arasında danışıqlar aparılıb. Danışıqların yekunları üzrə Moskva və Kiyev "1000-in 1000-nə" formulu əsasında əsir mübadiləsi həyata keçirmək, gələcəkdə mümkün atəşkəs barədə öz baxışlarını təqdim etmək və danışıqlar prosesini davam etdirmək barədə razılığa gəliblər.
Oxşar xəbərlər
Hakan Fidan Rusiya-Ukrayna heyətlərinin İstanbulda keçirilən görüşünün nəticələrini açıqlayıb
CNN: İstanbul danışıqları gözləniləndən daha müsbət nəticə verib
Hakan Fidan: Atəşkəs Ukraynada nizamlanma üçün mühüm əhəmiyyət kəsb edir - YENİLƏNİB
İstanbulda Rusiya-Ukrayna danışıqları başa çatıb
Hakan Fidan İstanbul danışıqlarının Ukrayna nizamlanmasında yeni səhifə açacağına ümid edir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“Balaca Heydərin iki oğlu var” - Prezident
-
Azərbaycan Prezidenti: Son illərin tarixində ən böyük ədalətsizliklə biz üzləşmişdik
-
Oyun zamanı meydançada öldü
-
Dövlət başçısı: Şəhidlərimizi, Xocalı qurbanlarını, digər günahsız insanların həlak olmasını heç vaxt unuda bilmərik
-
Prezident: Ermənistana sanksiyalar tətbiq edilsəydi, əlbəttə, o, işğala son qoyardı
-
İlham Əliyev: Bu gün Ağdam rayonunda artıq həyat bərpa edilir












