Gürcüstan DTX-nin rəhbəri Ermənistanın səfiri ilə təhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə edib
Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) rəhbəri Anri Oxanaşvili Ermənistanın Tbilisidəki səfiri Aşot Smbatyanla görüşdə iki ölkə arasında strateji əməkdaşlığın əsas istiqamətlərini müzakirə edib.
"Report"un yerli bürosunun verdiyi məlumata görə, görüş zamanı tərəflər Gürcüstan və Ermənistanın təhlükəsizlik xidmətləri arasında sıx əməkdaşlığın vacibliyini vurğulayıblar.
Eyni zamanda, regionda baş verən proseslər və təhlükəsizlik sahəsində qarşıda duran çağırışlar da müzakirə olunub.
Tərəflər gələcəkdə təhlükəsizlik sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsi və qarşılıqlı fəaliyyət planlarını nəzərdən keçiriblər.
Səfir Oxanaşvilini Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri təyin olunması münasibətilə təbrik edib və ona uğurlar arzulayıb.
Oxşar xəbərlər
Azərbaycanın Tbilisidəki səfiri Gürcüstan DTX-nin rəisi ilə regional təhlükəsizliyi müzakirə edib
Gürcüstan Çinlə ticari-iqtisadi əməkdaşlığı dərinləşdirmək niyyətindədir
Anri Oxanaşvili Gürcüstan DTX-nin yeni rəhbəri postuna təsdiq edilib
Ermənistan səfiri İranın vitse-prezidenti ilə sülh və regional sabitliyi müzakirə edib
İran Təhlükəsizlik Şurasının sədri: Regiondankənar qüvvələrin mövcudluğu regionda sülh və sabitliyə mane olur
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













