Sizinxeber.az » DÜNYA » Region » Şalva Papuaşvili: Sərt qərarlar olmasaydı, Gürcüstan Ukrayna ilə eyni vəziyyətdə ola bilərdi

Şalva Papuaşvili: Sərt qərarlar olmasaydı, Gürcüstan Ukrayna ilə eyni vəziyyətdə ola bilərdi

Əgər Gürcüstan hökuməti 2022-ci ilin əvvəlində sərt və prinsipial qərarlar qəbul etməsəydi, bu gün ölkə Ukrayna ilə eyni vəziyyətdə ola bilərdi.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, bu sözləri ölkə parlamentinin sədri Şalva Papuaşvili jurnalistlərə açıqlamasında deyib.

O, keçmiş Baş nazir İrakli Qaribaşvilinin fəaliyyəti ilə bağlı danışaraq bildirib ki, onun rəhbərliyi dövründə daxili və xarici təzyiqlərə qarşı ciddi müqavimət göstərilib.

“Biz Qaribaşviliyə qarşı daxildən və xaricdən hücumların, təzyiqlərin şahidi olduq. Xüsusilə, Bayden administrasiyasının sabiq səfirinin Gürcüstanı Rusiya ilə qarşıdurmaya sürükləmək cəhdləri oldu. Amma bu təzyiqlərə tab gətirən hökumət sayəsində biz müharibədən və dağıntıdan yayınmağı bacardıq”, – Papuaşvili vurğulayıb.

Onun sözlərinə görə, 2022-ci ilin fevralında – Rusiya-Ukrayna müharibəsinin ilk günlərində Gürcüstanda bəzi qruplar hökumətə təzyiq edərək xarici dövlətlərin bayraqları altında hərəkətə keçməyi tələb edirdilər: “Əgər onların ardınca getsəydik, cəmi bir neçə həftə sonra Ukraynanın bugünkü vəziyyətində olacaqdıq”.

Parlament sədri əlavə edib ki, ölkədə sülhün qorunması və gənclərin müharibədən uzaq tutulması məhz “Gürcü Arzusu” partiyasının liderliyində həyata keçirilən siyasi kursun nəticəsidir.

DİGƏR XƏBƏRLƏR

Комментарии

ƏN ÇOX OXUNAN / ŞƏRH EDİLDİ
  1. ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır
  2. Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu
  3. "TikTok"da vətəndaşlara tələ qurulub: Yeni dələduzluq sxemi ifşa olundu - VİDEO
  4. Belqradda Prezident İlham Əliyevin Serbiya Prezidenti Aleksandar Vuçiçlə təkbətək görüşü keçirilib
  5. Belqradda Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası keçirilir
  6. İlham Əliyev Münhen konfransı çərçivəsində panel iclasda iştirak edir - CANLI YAYIM
  7. Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb
  8. İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
  9. İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
  10. Prezident İlham Əliyev Münhendə "France 24" telekanalına müsahibə verib
sss
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
SÖZÜM VAR !