Papuaşvili: ABŞ administrasiyasının xarici yardımlardan sui-istifadə ilə bağlı ifşaları bizim üçün siqnaldır
ABŞ-nin yeni administrasiyasının xarici yardımlardan sui-istifadə ilə bağlı son ifşaları Gürcüstan üçün siqnaldır.
"Sizinxeber.az"un Gürcüstan bürosu xəbər verir ki, bunu ölkə parlamentinin sədri Şalva Papuaşvili jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, növbəti iki ay ərzində demokratiyanın gücləndirilməsi, dezinformasiyaya qarşı mübarizə və dövlət institutlarının fəaliyyətində xarici müdaxilələrin məhdudlaşdırılması məqsədilə qanunvericilikdə dəyişikliklər üzərində iş aparılacaq.
“Məlum oldu ki, bəzi xarici təşkilatlar öz maraqlarını yeritmək üçün maliyyə vəsaitlərindən istifadə edir. Hətta bəzi beynəlxalq media qurumlarının belə bu məqsədlə maliyyələşdirildiyi ortaya çıxdı”, - deyə Papuaşvili qeyd edib.
O əlavə edib ki, bu vəziyyət qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı konkret addımlar atmağa ehtiyac yaradır.
Oxşar xəbərlər
Gürcüstan parlamentinin sədri: Biz ABŞ-nin ştatı deyilik
Şalva Papuaşvili: Azərbaycanla dostluq əlaqələri yüksələn xətt üzrə inkişaf edəcək
Papuaşvili: Avropadan Gürcüstana xərclənən hər bir sent yoxlanılmalı və ictimaiyyətə açıqlanmalıdır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

