Türkiyədəki zəlzələyə görə məktəb və universitetlərdə iki günlük tətil elan edilib
Türkiyədəki zəlzələyə görə məktəb və universitetlərdə iki günlük tətil elan edilib.
"Report" xəbər verir ki, bu barədə Türkiyənin təhsil naziri Yusuf Tekin açıqlama verib.
"Bir az əvvəl Daxili İşlər Nazirliyi ilə vəziyyəti qiymətləndirdik. Daxili İşlər Nazirliyi və AFAD, mümkün problemli vəziyyətdə məktəblərin toplanma mərkəzi kimi də istifadə edilə biləcəyini nəzərə alaraq bizdən sabah və sonrakı gün üçün məktəblərimizin tətil edilməsi istiqamətində dəstək istədilər. İndi Daxili İşlər Nazirliyimizin tələbi əsasında, məktəblərimizi iki gün tətil elan edirik".
Nazir qeyd edib ki, universitetlərdə də cümə axşamı və cümə günləri üçün tətil elan edilib:
"Dövlət qurumlarında işləyən əlillər, hamilə qadınlar, müharibə əlilləri və 10 yaşdan kiçik uşağı olan anaların da bu müddət ərzində hər hansı bir əməliyyata ehtiyac olmadan inzibati məzuniyyətli sayılacaq. Səhiyyə və təhlükəsizlik qurumlarında çalışan personal bu əhatə dairəsindən kənar tutulur".
Oxşar xəbərlər
İstanbulda zəlzələyə görə məktəb və universitetlərdə tətil elan edilib
Finlandiyada ticarət işçilərinin tətili başlayıb
Azərbaycanda Novruz və Ramazan bayramları ilə əlaqədar tətil günlərinin sayı artırılıb
Daxili Qoşunların Ali Hərbi Məktəbinə əlavə kursant qəbulu elan edilib
Azərbaycanda 12 günlük bayram tətili başa çatıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin












