ATƏT-in baş katibi: Gürcüstanda sabitlik region üçün həyati əhəmiyyət daşıyır
Gürcüstanda səfərdə olan ATƏT-in baş katibi Feridun Sinirlioğlu bildirib ki, ölkədə sabitliyin qorunması təkcə Gürcüstan üçün deyil, bütün regionun təhlükəsizliyi və sabitliyi baxımından həyati önəm daşıyır.
"Sizinxeber.az"un Gürcüstan bürosu xəbər verir ki, bu fikirləri o, Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ilə Tiflisdə keçirilən görüşdən sonra səsləndirib.
“Gürcüstanla uzun illərdir əməkdaşlıq edirik. Gürcüstanda sabitliyin qorunması yalnız bu ölkənin deyil, regionun maraqları üçün də həyati əhəmiyyət kəsb edir. ATƏT olaraq münaqişə zonalarında dialoqun təşviqinə və təhlükəsizliyin təminatına xüsusi önəm veririk. İnsidentlərin qarşısının alınması mexanizmi bu sahədə əsas alətlərimizdən biridir,” – deyə Sinirlioğlu bildirib.
O, Gürcüstanda ATƏT-in baş katibi kimi ilk rəsmi səfərdə olduğunu vurğulayıb və təşkilatın gələcəkdə də bu ölkədə təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində fəal iştirak edəcəyini qeyd edib.
Oxşar xəbərlər
Türkiyənin sabiq xarici işlər naziri ATƏT-in yeni baş katibi olub
Ceyhun Bayramov ATƏT-in yeni baş katibi ilə telefonla danışıb
Ceyhun Bayramov ATƏT-in yeni təyin olunmuş baş katibi ilə telefonla danışıb
ATƏT-in Baş katibi: Təşkilat indi ən yaxşı formada deyil
Ermənistanın XİN rəhbəri ATƏT-in baş katibi ilə görüşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













