BAEA baş direktoru: İrana nüvə silahı əldə etmək üçün illər yox, aylar lazımdır
sizinxeber.az xəbər saytı

BAEA baş direktoru: İrana nüvə silahı əldə etmək üçün illər yox, aylar lazımdır


İranın istəyi olsa, bir neçə nüvə başlığı əldə etmək üçün illər yox, aylar lazımdır.

“Sizinxeber.az” TASS-a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyin (BAEA) baş direktoru Rafael Qrossi Vaşinqtonda Amerikanın xarici əlaqələr üzrə qeyri-hökumət şurasında (CFR) keçirilən seminarda bildirib.

“İran nüvə silahına sahib olmaqdan o qədər də uzaq deyil. Onlarda belə silah yoxdur. Bunu bilirik. Beynəlxalq səviyyədə insanları çaşdırmamaq üçün həmişə bunu təkrar etməyə çalışıram. Amma böyük fərq odur ki, orada bir neçə döyüş başlığının hazırlanması üçün material artıq mövcuddur”, - o, çıxışında deyib.

Qrossi xatırladıb ki, İran keçmişdə nüvə qurğusu üçün lazım olan bəzi elementlər üzərində tədqiqatlar və hətta sınaqlar aparıb və bu, nüvə silahı hazırlanmasının sadəcə aylar məsələsi olduğunu göstərir.

“Ona görə də hesab edirəm ki, çiyinlərimizə bunun qarşısını almaq kimi böyük məsuliyyət düşür. Bu günlərdə aparılan bütün danışıqlar, bütün görüşlər məhz buna yönəlib”, - Qrossi fikirərini yekunlaşdırıb.

Oxşar xəbərlər

AEBA-nın baş direktoru: İranın nüvə silahı hazırladığına dair sübut yoxdur
Qrossi: İran nüvə silahı yaratmağa yaxındır
BAEA rəhbəri İranın nüvə obyektlərinə baş çəkib
Rafael Qrossi: Kursk AES-də nüvə insidenti baş verə bilər
İsrailin XİN başçısı: İranla nüvə silahı məsələsinin diplomatik həllinə hazırıq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle