Həştərxanda fərdi evdə yanğın zamanı 5 uşaq ölüb
Həştərxanda fərdi evdə baş vermiş yanğın nəticəsində beş uşaq ölüb.
“Report” xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Həştərxan vilayəti üzrə İstintaq İdarəsi teleqramda məlumat yayıb.
Fərdi evdə yanğın bazar günü yerli vaxtla (Bakı vaxtı ilə eynidir) gecə saat ikidə Həştərxanın Kirov rayonunda Olxovskaya küçəsində baş verib.
“Rusiya İstintaq Komitəsinin Həştərxan vilayəti üzrə İstintaq İdarəsinin Həştərxan şəhəri Kirov rayonu üzrə İstintaq şöbəsi tərəfindən yanğında dörd uşağın ölümü faktı ilə bağlı prosessual yoxlama aparılır”, – məlumatda deyilir.
Daha sonra qurumdan əlavə ediblər ki, yanğınsöndürənlər hadisə yerində beşinci uşağın meyitini aşkar ediblər.
Ölənlər uşaqların anası evdə olmayıb, hazırda cinayət işinin açılması məsələsi həll olunur, baş verənlərin bütün təfərrüatları araşdırılır.
Oxşar xəbərlər
Maqadanda baş vermiş yanğında 3 uşaq daxil olmaqla 4 nəfər həlak olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiyada fərdi evdə baş vermiş yanğında 3 uşaq ölüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Volqoqradda baş verən yanğında bir qadın və iki uşaq ölüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiyada fərdi evdə baş verən yanğında biri uşaq olmaqla üç nəfər ölüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Moskvada hotellərdən birində kütləvi zəhərlənmə baş verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
İki şəhid anası: "Onlar haqqında danışanda Leyla xanım kövrəlib ağladı"
-
Prezident İlham Əliyev Daşkənddə "Gələcəyin İrsi" Beynəlxalq Mükafatının təqdimat mərasimində iştirak edib












