Komitə sədri: Azərbaycan Gürcüstanın əvəzolunmaz tərəfdaşıdır
Azərbaycan Gürcüstanın çox mühüm strateji, hətta əvəzolunmaz tərəfdaşıdır.
Bunu "Sizinxeber.az"un Gürcüstan bürosuna ölkə parlamentinin Avropa İnteqrasiyası üzrə komitəsinin sədri Levan Maxaşvili Prezident Mixeil Kavelaşvilinin Azərbaycana səfərini şərh edərkən deyib.
Deputat bu səfəri maraqlı və uğurlu adlandırıb.
“Çox vacib və məhsuldar görüşlər, müzakirələr keçirildi. Bu baxımdan, səfər həm maraqlı, həm də uğurlu alındı. Bu da təbiidir, çünki Azərbaycan çox mühüm strateji tərəfdaşımızdır. Mən deyərdim, əvəzolunmaz tərəfdaşdır – xüsusən də Qərblə Şərq, Avropa ilə Asiya arasında körpü rolunda olan məsələlərdə”, - deyə L.Maxaşvili bildirib.
Qeyd edək ki, Gürcüstan Prezidenti Mixeil Kavelaşvili bu həftə ikigünlük rəsmi səfər çərçivəsində Azərbaycanın Prezidenti, Baş naziri və Milli Məclisin sədri ilə görüşlər keçirib. Bu görüşlər həm təkbətək, həm də geniş tərkibdə baş tutub.
Oxşar xəbərlər
Səfir: Gürcüstan XİN rəhbərinin Azərbaycana rəsmi səfəri əlaqələri daha da gücləndirəcək
Gürcüstan Prezidentinin ilk xarici səfərini Azərbaycana etməsi iki ölkə arasında strateji tərəfdaşlığın təsdiqidir - RƏY
Qafarova Gürcüstan parlamentinin sədri ilə görüşdü
Kavelaşvili Gürcüstan və Azərbaycan arasında strateji tərəfdaşlığın daha da möhkəmlənəcəyinə əmindir
Gürcüstan parlamentariləri gələn həftə Azərbaycana gələcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













