Gürcüstan Prezidentinin ilk xarici səfərini Azərbaycana etməsi iki ölkə arasında strateji tərəfdaşlığın təsdiqidir - RƏY
Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin ilk xarici səfərini Azərbaycana etməsi iki ölkə arasında strateji tərəfdaşlığın və dostluğun bariz nümunəsinin təsdiqidir.
Bunu “Sizinxeber.az”un Gürcüstan bürosuna açıqlamasında ölkə parlamentinin Regional siyasət və özünüidarəetmə komitəsinin sədri İrakli Kadaqişvili bildirib.
Komitə sədri qeyd edib ki, Gürcüstan və Azərbaycan arasında uzun illərdən bəri formalaşmış möhkəm münasibətlər var və bu əlaqələr regionda sabitliyin əsas dayaqlarından birinə çevrilib:
“Yeni seçilmiş Prezidentin ilk xarici səfəri ənənəvi tərəfdaş olan Azərbaycana olub. Bu, Gürcüstan-Azərbaycan münasibətlərinə verilən önəmin və iki ölkənin gələcək əməkdaşlıq niyyətinin açıq mesajıdır”.
Onun sözlərinə görə, səfər çərçivəsində müzakirə olunan məsələlər təkcə ikitərəfli deyil, həm də regional əhəmiyyət daşıyır:
“Cənubi Qafqazda sülhün, sabitliyin və davamlı inkişafın təmin olunmasında Gürcüstan və Azərbaycanın rolu əvəzsizdir. Bu səfər həmin əməkdaşlığın daha da dərinləşməsinə xidmət edəcək”.
İrakli Kadaqişvili əlavə edib ki, Gürcüstan hər zaman Azərbaycanla strateji tərəfdaşlığı qoruyub saxlayacaq və bu əlaqələr gələcəkdə daha da güclənəcək.
Oxşar xəbərlər
Azərbaycan və Gürcüstan parlamentlərarası dostluq qruplarının yeni formatda görüşü planlaşdırılır
Gürcüstan Parlamentinin Komitə sədri: Azərbaycan və Prezident İlham Əliyevin dəstəyi bizimçün vacibdir
Analitik: Kobaxidzenin Azərbaycana səfəri regional təhlükəsizlik baxımından böyük əhəmiyyət kəsb edir
Azərbaycan – Gürcüstan münasibətləri dostluq və strateji tərəfdaşlıq nümunəsidir – RƏY
Gürcüstan parlamentariləri gələn həftə Azərbaycana gələcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














