Gürcüstan parlamentariləri gələn həftə Azərbaycana gələcək
Gələn həftə Gürcüstan parlamentinin üzvləri Azərbaycana səfər edəcək.
Bu barədə “Sizinxeber.az”un Gürcüstan bürosuna parlamentin Özünüidarəetmə Komitəsinin sədri İrakli Kadagişvili məlumat verib.
O qeyd edib ki, iki ölkə arasındakı münasibətlər son illərdə strateji əməkdaşlıq səviyyəsinə çatıb və davamlı olaraq möhkəmlənir:
"Hər iki ölkə beynəlxalq səviyyədə qarşılıqlı olaraq bir-birini müdafiə edir. Ölkələr arasındakı dostluq və əməkdaşlıq münasibətləri həm regional, həm də beynəlxalq səviyyədə güclənir".
Komitə sədri bildirib ki, Gürcüstan və Azərbaycan arasında münasibətlər yüksək səviyyədə olduğundan müxtəlif istiqamətlərdə əməkdaşlıqlar həssaslıqla qorunur.
"Mən və həmkarlarım Azərbaycana səfərə hazırlaşırıq. Səfər çərçivəsində Azərbaycan Milli Məclisinin spikeri Sahibə Qafarova və digər rəsmi şəxslərlə görüşlər keçirəcəyik. Məqsəd iki ölkə arasındakı münasibətləri dostluq, qonşuluq və strateji tərəfdaşlıq prinsipləri əsasında hərtərəfli şəkildə daha da inkişaf etdirməkdir”, - İ.Kadagishvili əlavə edib.
Oxşar xəbərlər
Spiker: Azərbaycan-Türkiyə münasibətləri özünün ən yüksək səviyyəsinə çatıb
Gürcüstan parlamentinin deputatı: Azərbaycanla münasibətlər digər ölkələr üçün nümunədir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
-
Dünya Bankı Ukraynaya 3,4 milyard dollar ayıracaq
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
-
DÇ-2026: Kurasao - Fildişi Sahili oyununda ilk qol vurulub - YENİLƏNİR
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"

