İstanbulda Rusiya və ABŞ arasında məsləhətləşmələr başa çatıb - YENİLƏNİB
Səfirliklərin işinin normallaşdırılması ilə bağlı Rusiya və ABŞ arasında İstanbulda keçirilən məsləhətləşmələr başa çatıb.
“Report” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Danışıqlar 5 saatdan çox davam edib.
ABŞ nümayəndə heyəti Rusiyanın İstanbuldakı Baş konsulluğunu birinci tərk edib.
Türkiyənin İstanbul şəhərində Rusiya və ABŞ nümayəndə heyətləri arasında baş tutacaq məsləhətləşmələr, birinci danışıqlar raundunda olduğu kimi qapalı formatda keçiriləcək.
“Report” xəbər verir ki, bu barədə TASS-a mənbə bildirib.
Məlumata görə, iki ölkənin nümayəndə heyətləri artıq İstiqlal küçəsində yerləşən Rusiyanın Baş Konsulluğunun binasına gediblər.
Rusiya nümayəndə heyətinə Vaşinqtondakı səfir Aleksandr Darçiyev, ABŞ nümayəndə heyətinə isə dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Sonata Koulter rəhbərlik edəcək.
Daha əvvəl A.Darçiyev danışıqlar zamanı diplomatik əmlakın qaytarılması məsələsini qaldıracağını bildirmişdi.
Qeyd edək ki, tərəflər arasında ilk məsləhətləşmələr Ər-Riyadda keçirilib və 12 saatdan çox davam edib. Danışıqların yekunlarına görə, Ağ Ev Rusiya və ABŞ-nin təhlükəsiz gəmiçiliyi təmin etmək, həmçinin Qara dənizdə güc tətbiqindən çəkinmək barədə razılığa gəldiyini bəyan edib.
Oxşar xəbərlər
Rusiya və ABŞ arasında İstanbuldakı məsləhətləşmələr qapalı formatda keçiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Vaşinqton Rusiya və ABŞ nümayəndə heyətləri arasında İstanbulda görüşün keçiriləcəyini təsdiqləyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ərdoğanın Rusiya və ABŞ nümayəndə heyətləri ilə görüşləri planlaşdırılmır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ciddədə ABŞ və Ukrayna arasında danışıqların birinci mərhələsi başa çatıb - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
İstanbulda Rusiya-ABŞ danışıqlarına kimlərin rəhbərlik edəcəyi məlum olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
İki şəhid anası: "Onlar haqqında danışanda Leyla xanım kövrəlib ağladı"












