Ermənistan KTMT-yə üzvlük haqqını ödəməkdən imtina edir
sizinxeber.az xəbər saytı

Ermənistan KTMT-yə üzvlük haqqını ödəməkdən imtina edir


Ermənistan “KTMT-nin 2024-cü il büdcəsi haqqında” qərarı imzalamaqdan imtina edib və təşkilatın fəaliyyətinin maliyyələşdirilməsində iştirak etməyəcək.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə Ermənistan KİV ölkənin Xarici İşlər Nazirliyinin bəyanatına istinadən məlumat yayıb.

“Ermənistan tərəfi KTMT Katibliyinə “KTMT-nin 2024-cü il büdcəsi haqqında” qərarı imzalamadığı və müvafiq olaraq təşkilatın fəaliyyətinin maliyyələşdirilməsində iştirak etməyəcəyi barədə rəsmi məlumat verib”, - qurumdan bildirilib.

Eyni zamanda XİN-dən vurğulanıb ki, KTMT-nin daxili prosedurlarına əsasən, illik büdcə haqqında məlumat ictimaiyyətə açıqlanmır.

Daha əvvəl Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin Ermənistanın 2025-ci ilin sonuna qədər üzvlük haqqının ödəməyəcəyi təqdirdə KTMT-yə üzv dövlətlərin vəziyyətin inkişafı üzrə müxtəlif ssenarilər nəzərdən keçirə biləcəyini bəyan etmişdi.

Xatırladaq ki, Ermənistan ötən ilin mayında təşkilatın 2024-cü il büdcəsini maliyyələşdirməkdən imtina etdiyini rəsmən elan edib. Buna baxmayaraq, KTMT nümayəndələri 2025-ci il üçün ianə məbləğinin yenə də hesablanacağını bildiriblər.

Oxşar xəbərlər

Ermənistan KTMT-nin daha bir təlimində iştirakdan imtina edib
Rusiya KTMT-yə üzvlük haqqının ödənilməsi ilə bağlı Ermənistana xəbərdarlıq edib
Ermənistan KTMT parlament komitələrinin rəhbərlərinin Moskva görüşündə iştirak etməyəcək
Ermənistan KTMT-yə borcunu ödəməsə, müxtəlif “ssenari”lər nəzərdən keçiriləcək
KTMT-nin Baş katibi sabah İrəvana səfər edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər