sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Ermənistan KTMT-yə borcunu ödəməsə, müxtəlif “ssenari”lər nəzərdən keçiriləcək
Ermənistan 2025-ci ilin sonuna kimi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) büdcəsinə ödəniş etməsə, o zaman təşkilatın üzvü olan dövlətlər müxtəlif “ssenari”ləri nəzərdən keçirə bilərlər.
APA xəbər verir ki, bu barədə Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Aleksandr Pankin bildirib.
O qeyd edib ki, bununla belə heç bir ölkə təşkilatdan qovulası deyil.
Diplomat qeyd edib ki, gələn ilin yanvarına kimi İrəvanın 2 illik borcu yığılacaq: “Lakin təşkilata üzv başqa ölkələrin də texniki, maliyyə və digər səbəblərdən borclanması halları olub”.
Qeyd edək ki, Ermənistanın KTMT-də iştirakı 2024-cü ilin fevralından dondurulub.
Oxşar xəbərlər
Putin: KTMT Qarabağda İrəvanın tərəfində vuruşmamalı idi, çünki Ermənistana qarşı heç bir xarici təcavüz olmamışdı
Ermənistan 2025-ci ildə KTMT-yə üzvlüyünün dondurulmasını davam etdirəcək
Ermənistan KTMT-nin “Qarşılıqlı fəaliyyət-2024” təlimlərindən də imtina edib
Rusiya səfiri: Ermənistan KTMT-ni tərk etmək fikrində deyil
KTMT-nin baş katibi: MDB, ŞƏT və KTMT Avrasiyada təhlükəsizliyi möhkəmləndirməlidir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













