Ermənistan parlamentində Aİ-yə üzvlük prosesinin başlanması ilə bağlı layihənin müzakirəsi təxirə salınıb
Ermənistan parlamentinin Avropaya inteqrasiya komitəsi ölkənin Avropa İttifaqına (Aİ) üzvlüyü prosesinin başlanması haqqında qanun layihəsinin ikinci oxunuşda müzakirəsini təxirə salıb.
"Report" Ermənistan KİV-ə istinadən xəbər verir ki, bununla bağlı qərar komissiyanın iclasında qəbul edilib.
Qərara əsasən, Ermənistanın Aİ-yə üzvlüyü prosesinin başlanması ilə bağlı qanun layihəsi parlament komitəsinin rəyindən asılı olmayaraq, martın 4-də deyil, martın 25-də parlamentin plenar iclasında müzakirəyə çıxarılacaq.
Buna səbəb qanun layihəsinin Aİ-yə üzvlük məqsədlərinə siyasi qiymətin verildiyi preambulası olub. Sənədin müəllifləri birinci və ikinci oxunuşlar arasındakı fasilə zamanı heç bir təklif irəli sürməyiblər. Xarici işlər nazirinin müavini Paruyr Hovannisyan isə qanun layihəsindən preambulanın çıxarılmasını təklif edib.
Oxşar xəbərlər
Nazir müavini: Ermənistanın Aİ-yə üzvlüyü prosesinin başlanması haqqında qanun üzvlük üçün müraciət deyil
Ermənistanda Avropaya inteqrasiya ilə bağlı qanun layihəsi nəzərdən keçiriləcək
Ermənistan baş naziri: Avropa İttifaqı ilə inteqrasiya prosesinə başlayırıq
Ermənistan parlamentinin komitəsi Aİ-yə üzvlük prosesi ilə bağlı qanun layihəsini təsdiqləyib
Peskov: Ermənistanın Aİ və Aİİ-də eyni zamanda üzvlüyü mümkün deyil
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin












