Ermənistanda Avropaya inteqrasiya ilə bağlı qanun layihəsi nəzərdən keçiriləcək
Ermənistan parlamentinin Avropaya inteqrasiya üzrə komissiyası yanvarın 24-də qərbyönmülü qüvvələrin təklif etdiyi "Ermənistanın Avropa İttifaqına üzvlük prosesinin başlanması haqqında" qanun layihəsini nəzərdən keçirəcək.
“Sizinxeber.az” Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkə parlamentindən bildirilib.
Layihə müvafiq komissiya tərəfindən təsdiqlənəcəyi halda qanunverici orqanın plenar iclasında müzakirəyə çıxarılacaq.
Xatırladaq ki, qanun layihəsi yanvarın 9-da hökumətin iclasında təsdiqlənib və parlamentə göndərilib. Bundan əvvəl bir sıra qeyri-parlament partiyaları prosesin başlanması üçün imza toplayıb. Təşəbbüskarlar 60 min imza toplamağa nail olublar.
Oxşar xəbərlər
Ermənistan MSK Avropaya inteqrasiya ilə bağlı toplanmış imzaları etibarlı sayıb
Avropa Komissiyası Ermənistanla Aİ-yə daxil olma təşəbbüsünü müzakirə edəcək
Ermənistan parlamenti Aİ-yə üzvlüklə bağlı qeyri-parlament qüvvələrinin təşəbbüsünü müzakirə edəcək
ABŞ-də bu həftə İsrailə yardım haqqında qanun layihəsinə baxılacaq
Ermənistanda Aİ-yə üzvlüklə bağlı imzatoplama kampaniyası başlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













