sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
KİV: Fransa Ukrayna və Avropanın təhlükəsizliyi ilə bağlı ikinci təcili sammit keçirəcək
Fransa Ukrayna və Avropanın təhlükəsizliyi ilə bağlı ikinci təcili sammit keçirəcək.
"Sizinxeber.az" bu barədə "Reuters"ə istinadən xəbər verir.
Görüşün fevralın 19-da keçiriləcəyi bildirilir.
Məlumata görə, bu dəfə sammitə Avropanın daha çox ölkəsi (Norveç, Litva, Estoniya, Latviya, Çexiya, Yunanıstan, Finlandiya, Rumıniya, İsveç və Belçika) və NATO müttəfiqi olan Kanada dəvət olunub.
Həmçinin, agentlik bəzi ölkələrin videokonfransa qoşula biləcəyini istisna etməyib.
Bundan əvvəl fevralın 15-də məlum olub ki, Fransa Prezidenti Emmanuel Makron amerikalı həmkarı Donald Trampın son bəyanatlarından sonra Avropa liderlərini təcili sammitə çağırıb.
Oxşar xəbərlər
Makron Putinin gələn il Fransaya dəvət oluna biləcəyini açıqlayıb
Makron Trampın qayıdışı fonunda Avropanı "oyanmağa" çağırıb
Avropa ölkələrinin liderləri Ukrayna üzrə fövqəladə sammit keçirəcək
Makron: Paris və Berlin Trampın hakimiyyətə gəlişi səbəbindən Aİ-nin suverenliyini gücləndirməlidir
Litva Aİ-yə inteqrasiya çərçivəsində enerji sistemini Rusiyadan ayırıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













