Sizinxeber.az » DÜNYA » Region » Gürcüstan DİN: Tbilisidə müxalifətçilər təxribatlara görə etirazçıya pul ödəyiblər

Gürcüstan DİN: Tbilisidə müxalifətçilər təxribatlara görə etirazçıya pul ödəyiblər

Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilən etiraz aksiyasında müxalifət siyasətçiləri polis məmurlarını təhqir etmək və infrastruktura ziyan vurmaq üçün etirazçıya pul ödəyiblər.

“Report” xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin bəyanatında deyilir.

Belə ki, Tbilisidəki mitinqlərdə iğtişaşlara görə saxlanılan altı nəfərdən biri deyib ki, aprelin 16-da keçirilən mitinqdə müxalifət liderləri - Niki Melii, Aleko Elisaşvili, Niki Qvaramia, Qerqiya Vaşadze və Zurab Caparidze gənclərə yerinə yetirilən tapşırığa görə pul ödəyəcəklərmiş.

O, bunu könüllü olaraq həyata keçirib və bunun üçün 1,2 min lari (təxminən 450 dollar) alıb. Adı açıqlanmayan saxlanılan şəxsdən polis əməkdaşlarını təhqir etmək, onları qıcıqlandırmaq, diqqəti cəlb etmək, infrastruktura ziyan vurmaq tələb olunub. Saxlanılan şəxs polis maşınına ziyan vurub.

Qeyd olunub ki, mayın 9-da Gürcüstanın Daxili İşlər Nazirliyi etiraz aksiyalarında altı nəfərin saxlanıldığını bildirib.

O cümlədən, aprelin 16-da keçirilən aksiyada saxlanılanlardan biri polis əməkdaşına küt əşya ataraq onun gözünə xəsarət yetirib. Həmin gün daha bir saxlanılan şəxs Daxili İşlər Nazirliyinin xidməti patrul avtomobilinə ziyan vurub.

Mayın 1-2-də keçirilən mitinqlərdə saxlanılan iki nəfər İctimai Təhlükəsizlik İdarəetmə Mərkəzinin müşahidə kamerasını sındırıb. Mayın 1-də məhbuslardan biri qanunvericilik binasının həyətinə daş atıb və nəticədə Daxili İşlər Nazirliyinin əməkdaşı xəsarət alıb.

Həmin gün digər təqsirləndirilən şəxs dövlət mühafizə xidmətinin binasında quraşdırılmış müşahidə kamerasını zədələyib.

DİGƏR XƏBƏRLƏR

Комментарии

ƏN ÇOX OXUNAN / ŞƏRH EDİLDİ
  1. ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır
  2. Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu
  3. "TikTok"da vətəndaşlara tələ qurulub: Yeni dələduzluq sxemi ifşa olundu - VİDEO
  4. Belqradda Prezident İlham Əliyevin Serbiya Prezidenti Aleksandar Vuçiçlə təkbətək görüşü keçirilib
  5. Belqradda Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası keçirilir
  6. İlham Əliyev Münhen konfransı çərçivəsində panel iclasda iştirak edir - CANLI YAYIM
  7. Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb
  8. İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
  9. İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
  10. Prezident İlham Əliyev Münhendə "France 24" telekanalına müsahibə verib
sss
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
SÖZÜM VAR !