Ermənistanda tətil səbəbindən mis-molibden kombinatına 1 milyon dollardan çox ziyan dəyib
sizinxeber.az xəbər saytı

Ermənistanda tətil səbəbindən mis-molibden kombinatına 1 milyon dollardan çox ziyan dəyib


Zəngəzur mis-molibden kombinatı bir həftə ərzində gündəlik təxminən 400 milyon dram (1 milyon dollardan bir qədər çox), dövlət isə vergi daxilolmaları şəklində gündəlik 100 milyon dramdan çox zərər çəkib.

“Sizinxeber.az” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə kombinat məlumat yayıb.

"Bir qrup işçi və kənar şəxslərin şirkətin normal fəaliyyətinə qanunsuz müdaxiləsi nəticəsində müəssisə gündəlik təxminən 400 milyon dram, dövlət isə təkcə vergilər şəklində gündə 100 milyon dramdan çox zərər çəkib. Şirkətin minlərlə işçisi çətin vəziyyətə düşüb. Gözləyirik ki, qanun pozucuları qanunla nəzərdə tutulmuş məsuliyyətə cəlb olunacaqlar", - kombinatdan bildirilib.

Zəngəzur mis-molibden kombinatının əməkdaşları artıq bir həftəyə yaxındır ki, əmək haqqının artırılması və əmək şəraitinin yaxşılaşdırılmasını tələb edərək tətil keçirirlər. Kombinatın rəhbərliyi və həmkarlar ittifaqı bu hərəkətləri qanunsuz, irəli sürülən tələbləri isə qeyri-real adlandırıb. Etirazlara müəssisə ilə əlaqəsi olmayan şəxslər də qoşulub.

Oxşar xəbərlər

Ermənistan hakimiyyəti mis-molibden kombinatı ilə bağlı münaqişəyə müdaxilə etməyəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ermənistanda mis-molibden kombinatının işçiləri maaşlarının artırılmasını tələb edirlər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ermənistanda tətil edənlər maaşlarının artırılması üçün komissiya yaradacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Zəngəzur Mis-Molibden Kombinatının əməkdaşı iş yerində ölüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ermənistanda dövlət şirkətinin rəhbəri 1 milyon dollardan çox vəsaiti mənimsəməkdə ittiham olunur [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle