İstanbulda restoranda baş verən yanğın söndürülüb - YENİLƏNİB
İstanbulun mərkəzində restoranlardan birində baş verən yanğın söndürülüb.
“Report” xəbər verir ki, ölən və ya xəsarət alan olmayıb.
Yanğının səbəbləri hələ ki müəyyən edilməyib, lakin obyektin yerləşdiyi dördmərtəbəli bina tamamilə yanıb.
Qonşu binalara da ziyan dəyib.
İstanbulun mərkəzində restoran yanır, hadisə yerinə çox sayda yanğınsöndürmə və təcili yardım briqadaları cəlb olunub.
“Report” yerli KİV-ə istinadən xəbər verir ki, restoran İstanbulun tarixi Misir bazarının yaxınlığında, Eminönü səmtində yerləşir.
Obyekt dördmərtəbəli binanın birinci mərtəbəsində yerləşir, alov yuxarı mərtəbələrə və qonşu binalara yayılıb.
Hələlik binanın içərisində insanların qalıb-qalmadığı məlum deyil. Həmçinin ölən və xəsarət alanlar barədə də məlumat yoxdur.
Oxşar xəbərlər
İstanbulun mərkəzində restoran yanır
İmişlidə oyun mərkəzində yanğın olub
Bakıda restoranda baş verən yanğın söndürülüb - YENİLƏNİB
Sumqayıtda restoranda baş verən yanğın söndürülüb - YENİLƏNİB
Saray qəsəbəsindəki yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













