Girdimançayda selə düşən 3 nəfər xilas edilib
sizinxeber.az xəbər saytı

Girdimançayda selə düşən 3 nəfər xilas edilib


Girdimançayın İsmayıllıdan keçən hissəsində selə düşən 3 nəfər - Hüseynov Gümşüd Mərdan oğlu, Rüstəmov Ehtiram Sadıq oğlu (1968) və Əzimov Simran Eynulla oğlu (1985) xilas edilib.

"Sizinxeber.az"un Yuxarı Şirvan bürosu xəbər verir ki, rayonun Zərnava kəndindən yas mərasimindən qayıdan şəxslər "Niva" markalı avtomobillə Girdimançayı keçmək istəyərkən sel səbəbindən çayın ortasında köməksiz vəziyyətdə qalıblar.

Hadisə ilə bağlı gecə saat 01:57-də Fövqəladə Hallar Nazirliyinin (FHN) İsmayıllı Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin və FHN-in 101 Çağrı Xidmətinə müraciət daxil olub. Hadisə yerinə FHN-in 10 nəfərdən ibarət xilasedici qrupu cəlb edilib.

Xilasedicilər ağır texnika və xüsusi avadanlıqlardan istifadə edərək Girdiman çayında köməksiz qalan şəxsləri xilas ediblər.

Oxşar xəbərlər

İsmayıllıda dağlıq ərazidə zədə alaraq köməksiz vəziyyətdə qalan şəxs xilas edilib
FHN: Əli mühərrikə sıxılıb qalan şəxs xilas edilib
Lökbatanda açıq dənizdə köməksiz vəziyyətdə qalan şəxs xilas edilib
Qəbələdə dağlıq ərazidə köməksiz vəziyyətdə qalan şəxs xilas edilib
Bakıda su quyusuna düşən gənc xilas edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər