Sumqayıtda restoranda baş verən yanğın söndürülüb - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Sumqayıtda restoranda baş verən yanğın söndürülüb - YENİLƏNİB


Sumqayıt şəhərində restoranda baş verən yanğın söndürülüb.

Bu barədə “Sizinxeber.az”a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Sumqayıt şəhərində, 17-ci mikrorayon ərazisində restoranda yanğın baş verməsi barədə məlumat daxil olub və əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin müdaxiləsi sayəsində baş vermiş yanğın söndürülüb.

12:01

Sumqayıt şəhərində restoranda yanğın başlayıb.

“Sizinxeber.az”un yerli bürosu məlumat verir ki, hadisə şəhərin 17-ci mikrorayonunda yerləşən “Baharlı" restoranında qeydə alınıb.

Yanğın yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğının söndürülməsi istiqamətində işlər aparılır.

Oxşar xəbərlər

Bakıda restoranda baş verən yanğın söndürülüb - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakı-Sumqayıt yolundakı yanğın söndürülüb - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ucarda bazarda baş verən yanğın söndürülüb - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ucarda bazarda yanğın olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda ağaclıq sahədə baş vermiş yanğın söndürülüb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər