Putinin Moskvada HƏMAS nümayəndə heyəti ilə görüşü planlaşdırılmır
Rusiya Prezidenti Vladimir Putin Moskvada səfərdə olan HƏMAS nümayəndə heyəti ilə görüşməyi planlaşdırmır.
“Sizinxeber.az” Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə prezidentin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib.
"Xeyr, görüş planlaşdırılmır", - o qeyd edib.
KİV-in məlumatına görə, HƏMAS-ın Siyasi Bürosunun sədr müavini Musa Əbu Mərzukun rəhbərlik etdiyi nümayəndə heyəti səfər zamanı Qəzza zolağında humanitar böhranın nəticələrinin azaldılmasına kömək göstərilməsi xahişi ilə Rusiya tərəfinə müraciət etmək niyyətindədir.
Bundan əlavə, nümayəndə heyəti Rusiya tərəfini Qəzza zolağında atəşkəs razılaşmasının həyata keçirilməsinin gedişi barədə məlumatlandıracaq.
Qeyd edək ki, HƏMAS nümayəndə heyətinin Moskvaya əvvəlki səfəri 2024-cü ilin oktyabrında baş tutub.
Oxşar xəbərlər
KİV: HƏMAS nümayəndə heyəti Qahirədə keçiriləcək danışıqlarda iştirak etməyəcək
KİV: İsrail rəsmiləri Dohada Qəzza ilə bağlı razılaşmanın yollarını müzakirə edir
“İslami Cihad”ın nümayəndə heyəti Qəzza danışıqlarında iştirak etmək üçün Dohaya gedəcək
Qətərin Baş naziri “HƏMAS” nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə edib
HƏMAS-ın Siyasi Bürosunun sədr müavini Moskvada səfərdədir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













