“İslami Cihad”ın nümayəndə heyəti Qəzza danışıqlarında iştirak etmək üçün Dohaya gedəcək
Fələstinin “İslami Cihad” hərəkatının nümayəndələri Qəzza zolağında atəşkəs danışıqlarında iştirak etmək üçün bu gün Qətərin paytaxtına gedəcəklər.
“Sizinxeber.az” xəbər verir ki, müvafiq bəyanat hərəkatın teleqram kanalında dərc edilib.
“Bu axşam “İslami Cihad”ın yüksək səviyyəli nümayəndə heyəti atəşkəs sazişinin son detallarını müzakirə etmək üçün Dohaya gələcək”, – sənəddə deyilir. Nümayəndə heyətinin tərkibi barədə hələlik məlumat verilmir.
Qeyd edək ki, hazırda Dohada Qəzza üzrə növbəti danışıqlar raundu keçirilir. Qətər XİN-in nümayəndəsi və “İslami Cihad”ın müttəfiqi olan HƏMAS hərəkatı, demək olar, eyni vaxtda məsləhətləşmələrin yekun mərhələyə çatdığını açıqlayıblar.
Dohadakı hazırkı raundun başa çatmasından sonra danışıqçılar Qahirədə bir neçə görüş keçirəcəklər.
Oxşar xəbərlər
İsrail ordusu “İslami Cihad”ın səhra komandirini məhv edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail HHQ Suriyada “İslami Cihad”ın obyektlərinə zərbələr endirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
“İslami Cihad”ın səhra komandiri öldürülüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail Ordusu: Qəzzada məktəbdə HƏMAS və "İslami Cihad"ın komandirləri zərərsizləşdirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsraillə “HƏMAS” arasında danışıqlar bərpa olunur [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












