İslahatçılar İranın vitse-prezidentinin müdafiəsinə qalxıb
İranda islahatçı xətt təmsilçiləri vitse-prezident Məhəmməd Cavad Zərifin müdafiəsini təşkil edib.
“Report” xəbər verir ki, İran İslam Respublikası Partiyasının baş katibi, din xadimi Rəsul Montacabniya İRNA-ya müsahibəsində bu barədə danışıb.
O, M.Zərifə hücum edən şəxslərin geyimlərindən asılı olmayaraq bu şəxslərin niyyətinə və məqsədlərinə şübhə ilə yanaşdığını deyib.
Montacabniya məhkəmə sistemini vitse-prezidenti təhqir edənlər barəsində ölçü götürməyə çağırıb: “Söyüşlər, təhqirlər və hörmətsizliklər kimə yönəlməsindən asılı olmayaraq cinayətdir”.
İranın strateji məsələlər üzrə vitse-prezidenti Məhəmməd Cavad Zərif Davosda keçirilən Dünya İqtisadi Forumunda CNN-in müxbiri Fareed Zakarianın hicabla bağlı sualına cavabında deyib: “Tehran küçələrinə çıxsanız, qadınların saçlarını örtmədiyini görərsiniz. Bu, qanunsuzdur, ancaq hökumət qadınlara təzyiq etməmək qərarına gəlib”.
Bu açıqlamasından sonra mühafizəkar sayılan xəttin nümayəndələri və İran İnqilab Keşikçiləri Qvardiyasına (Sepah) bağlı KİV M. Zərifin istefa verməyə çağırıb. Hətta, onu monarxist olmaqda ittiham edib. Onların iddiasına görə, vitse-prezident vaxtı ilə şahın təhlükəsizlik təşkilatının (SAVAK) göndərişi ilə ABŞ-də təhsil alıb.
Məhəmməd Cavad Zərif isə onun istefasını tələb edənlərin davranışına “bu onların hüquqdur” deyə cavab verib.
Oxşar xəbərlər
Məhəmməd Cavad Zərif istefa verib
İranın vitse-prezidenti: Nüvə silahı əldə etməyə çalışsaydıq, onu çoxdan reallaşdırmışdıq
İranın birinci vitse-prezidenti Ermənistana səfər edəcək
İranın vitse-prezidenti Azərbaycanda səfərdədir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Qalibaf: Livanın ərazi bütövlüyü təmin olunana qədər mübarizə aparacağıq
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
-
Qazaxıstan və Avropa tərəfdaşları süni intellekt, elm və kosmik texnologiyalarının inkişafını razılaşdırıblar
-
İnternet informasiya ehtiyatının fəaliyyətinin müvəqqəti məhdudlaşdırılacağı yeni hallar müəyyənləşir
-
WSJ: Tramp müdafiə şirkətləri ilə raket və sursat istehsalının sürətləndirilməsini müzakirə edəcək
