Ermənistan parlamenti Aİ-yə üzvlüklə bağlı qeyri-parlament qüvvələrinin təşəbbüsünü müzakirə edəcək
sizinxeber.az xəbər saytı

Ermənistan parlamenti Aİ-yə üzvlüklə bağlı qeyri-parlament qüvvələrinin təşəbbüsünü müzakirə edəcək


Ermənistan parlamenti gələn həftə ölkənin Avropa İttifaqına (Aİ) üzvlüyü ilə bağlı qeyri-parlament qüvvələrinin təşəbbüsünü müzakirə edəcək.

“Report” xəbər verir ki, bu barədə "Joxovurd" qəzeti öz mənbələrinə istinadən yazır.

Nəşrin məlumatına görə, müzakirədə "Respublika", "Respublika naminə" partiyaları və Ermənistan Avropa Partiyasının rəhbərləri Aram Sarkisyan, Arman Babacanyan və Tiqran Xzmalyan iştirak edəcəklər.

T.Xzmalyan onun təşəbbüsünün parlament tərəfindən təsdiqlənəcəyinə əminliyini ifadə edib.

"Ermənistan hökuməti 3-4 ay ərzində başa düşdü ki, Aİ-yə alternativ yoxdur", - o bildirib.

Qeyd edək ki, yanvarın 9-da Ermənistan Nazirlər Kabineti ölkənin Aİ-yə üzvlük prosesinin başlanması ilə bağlı qanun layihəsini təsdiqləyib. Baş nazir Nikol Paşinyan hökumətin iclasında qeyd edib ki, Ermənistanın Aİ-yə üzvlüyü məsələsi yalnız referendum yolu ilə həll oluna bilər.

Oxşar xəbərlər

Avropa Komissiyası Ermənistanla Aİ-yə daxil olma təşəbbüsünü müzakirə edəcək
Overçuk: Ermənistan Aİ və Aİİ arasında seçim qarşısındadır
Peskov: Ermənistanın Aİ və Aİİ-də eyni zamanda üzvlüyü mümkün deyil
Hökumət Ermənistanın Aİ-yə üzvlük prosesinin başlanması ilə bağlı qərar layihəsini təsdiqləyib - YENİLƏNİB
Ermənistan Aİ-yə üzvlüklə bağlı imzatoplama kampaniyasına başlaya bilər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər