Ərdoğan: Türkiyə Suriyanın yeni hakimiyyət orqanları ilə sıx dialoq aparır
sizinxeber.az xəbər saytı

Ərdoğan: Türkiyə Suriyanın yeni hakimiyyət orqanları ilə sıx dialoq aparır


Türkiyə Suriyanın yeni administrasiyası ilə sıx əlaqə saxlayır. Türkiyə Suriyaya hər cür dəstəyi verəcək.

"Report"un məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində deyib.

O bildirib ki, tez bir zamanda Türkiyənin Dəməşqdəki səfirliyinin işi bərpa edildi: "Dünən xarici işlər nazirimiz Hakan Fidan Dəməşqdə idi. Müvəqqəti administrasiya ilə çox isti danışıqlar apardıq. Ümid edirəm ki, gələcəkdə səfərlərimizin sayı artacaq. Biz hər şeyi təmin edəcəyik".

Dövlət başçısı qeyd edib ki, sabit Suriya bütün region üçün təhlükəsizlik mənbəyinə çevriləcək: "Suriya nə qədər dinc olarsa, bölgənin bütün sakinləri özlərini bir o qədər təhlükəsiz hiss edəcəklər. Türkiyə qonşu ölkənin ərazi bütövlüyünü dəstəkləyir".

Oxşar xəbərlər

Hakan Fidan Suriyaya səfər edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ərdoğan: Türkiyə Suriyanın ərazi bütövlüyünü heç vaxt güzəştə getməyəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Suriyanın yeni hakimiyyəti Türkiyə ilə strateji münasibətləri dəstəklədiyini bəyan edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ərdoğan: Suriya terrorçulardan təmizlənməlidir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ərdoğan: Türkiyənin heç bir dövlətin ərazisində gözü yoxdur [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər