Baş nazir: Aİ-nin viza rejimi qərarı anti-Gürcüstan addımdır
sizinxeber.az xəbər saytı

Baş nazir: Aİ-nin viza rejimi qərarı anti-Gürcüstan addımdır


Gürcüstanın Baş naziri İrakli Kobaxidze Avropa İttifaqı (Aİ) xarici işlər nazirlərinin diplomatik pasport sahibləri üçün viza rejiminin tətbiqi barədə ötən gün qəbul etdiyi qərarını anti-Gürcüstan addım adlandırıb.

“Sizinxeber.az” yerli KİV-ə istinadən xəbər verir ki, Baş nazir bu barədə brifinqdə bildirib.

"Bu qərar gürcü cəmiyyətində Avropa strukturlarına olan etimadı sarsıdan anti-Gürcüstan addım kimi qiymətləndirilə bilər", - İ.Kobaxidze qeyd edib.

Baş nazir iclasda gürcü xalqının maraqlarını müdafiə edən Macarıstan, Slovakiya, İtaliya, İspaniya və Rumıniyanın xarici işlər nazirlərinə təşəkkür edib.

Qeyd edək ki, ötən gün Avropa İttifaqı (Aİ) Gürcüstanın diplomatik pasportları üçün vizasız rejimi dayandırmaq qərarına gəlib.

Oxşar xəbərlər

Ai Gürcüstanın diplomatik pasportları üçün vizasız rejimi dayandıracaq
Kobaxidze: Avropa strukturları gürcü cəmiyyətindəki etimadını sarsıdır
Kobaxidze Azərbaycanla əlaqələrin daha da dərinləşdirilməsinin vacibliyini vurğulayıb
Aİ-nin Gürcüstandakı səfiri hökumətin ittifaqa üzvlük prosesini dayandırmaq qərarını kədərli adlandırıb
Gürcüstan 2028-ci ilin sonuna qədər Avropa İttifaqına üzvlüklə bağlı danışıqları dayandırır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər