Ai Gürcüstanın diplomatik pasportları üçün vizasız rejimi dayandıracaq
Avropa İttifaqı (Aİ) Gürcüstanın diplomatik pasportları üçün vizasız rejimi dayandırmaq qərarına gəlib.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas 27 ölkənin xarici işlər nazirlərinin ilk iclasının yekunlarına dair mətbuat konfransında bildirib.
"Biz Gürcüstanın diplomatik və xidməti pasportları üçün vizasız rejimin dayandırılmasına dair razılığa gəldik", - o deyib. K.Kallas Aİ-nin yaxın bir həftə ərzində quruma üzv ölkələrə müvafiq təklif verəcəyini və bundan sonra onu təsdiq etməli olacağını vurğulayıb.
Bununla yanaşı, Kallas bildirib ki, Aİ ölkədə repressiya və insan hüquqlarının pozulmasına görə məsuliyyət daşıyan Gürcüstan rəsmilərinə qarşı şəxsi sanksiyaların tətbiqi barədə razılığa gələ bilməyiblər.
"Sanksiyaların tətbiqi üçün təəssüf ki, hələ mövcud olmayan birliyə ehtiyacımız var" - o əlavə edib.
Kallas Macarıstan və Slovakiyanın Gürcüstan rəhbərliyinə qarşı şəxsi sanksiyaların qarşısını aldığını təsdiqləyib. Lüksemburq və bir sıra digər ölkələr "Gürcü arzusu" Partiyasına qarşı sanksiyalara qarşı çıxış ediblər.
Oxşar xəbərlər
Aİ Gürcüstanın diplomatik pasportları üçün vizasız gediş-gəlişi dayandırmağa başlayır
Kallas Aİ-nin xarici işlər üzrə ali nümayəndəsi vəzifəsini icra edəcək
Kallas: ABŞ Ukraynaya yardımları azaltsa, Aİ Kiyevə dəstəyi artırmalı olacaq
Aİ yanvardan Ukraynaya ayda 1,5 milyard avro verəcək
Avropalı nazirlər Rusiya və Gürcüstana qarşı sanksiyaları müzakirə edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Qalibaf: Livanın ərazi bütövlüyü təmin olunana qədər mübarizə aparacağıq
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
-
Qazaxıstan və Avropa tərəfdaşları süni intellekt, elm və kosmik texnologiyalarının inkişafını razılaşdırıblar
-
İnternet informasiya ehtiyatının fəaliyyətinin müvəqqəti məhdudlaşdırılacağı yeni hallar müəyyənləşir
-
WSJ: Tramp müdafiə şirkətləri ilə raket və sursat istehsalının sürətləndirilməsini müzakirə edəcək
