Qazaxıstan XİN: Suriya üzrə danışıqların Astana formatının taleyi sual altındadır
Qazaxıstan Xarici İşlər Nazirliyi (XİN) Suriyadakı vəziyyəti izləyir, lakin hələlik danışıqlarda vasitəçilik təklif etməyə tələsmir.
“Sizinxeber.az” Qazaxıstan KİV-lərinə istinadən xəbər verir ki, bunu XİN-in rəsmi nümayəndəsi Aybek Smadiyarov bildirib.
"Astanada Suriya üzrə danışıqlardan bəhs etmək hələ tezdir, biz vəziyyəti izləyirik", - o bildirib.
Qeyd edək ki, Suriyada 2011-ci ildən silahlı münaqişə davam edir. Astana formatı kimi tanınan proses 2017-ci ildən aparılır. Sonuncu danışıqlar 2024-cü ilin dekabrın 7-də Dohada (Qətər) keçirilib.
Xatırladaq ki, noyabrın 27-də Suriya müxalifət silahlı birləşmələri Hələb və İdlib əyalətlərində hökumət qüvvələrinin mövqelərinə genişmiqyaslı hücuma keçib. Dekabrın 7-də axşam saatlarında Suriya prezidenti Bəşər Əsədin əleyhdarları bir neçə böyük şəhəri - Hələb, Həma, Deyr əz-Zor, Dəra və Homsu ələ keçiriblər. Ayın 8-də səhər saatlarında onlar Dəməşqə daxil olublar, bundan sonra Suriya ordusunun bölmələri şəhəri tərk ediblər. Bəşər Əsədin vəzifəsini və ölkəni tərk etdiyi bildirilir.
Oxşar xəbərlər
KİV: Bəşər Əsəd ailəsi ilə birlikdə Moskvadadır
Aİ daha yaxşı gələcək üçün Suriya xalqı ilə işləməyə hazırdır
Suriyanın Madriddəki səfirliyinin eyvanında rəsmi bayraq dəyişdirilib
Suriya müxalifətinin lideri ölkədə baş verənləri bütün xalqın qələbəsi adlandırıb
Rusiya BMT TŞ-dən Suriyadakı vəziyyətlə bağlı təcili məsləhətləşmələr tələb edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













