Aİ daha yaxşı gələcək üçün Suriya xalqı ilə işləməyə hazırdır
Suriyada hakimiyyət dəyişikliyindən sonra Avropa İttifaqı daha yaxşı gələcək üçün bu ölkənin xalqı ilə işləməyə hazırdır.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının yeni Prezidenti Antonio Koşta deyib.
"Bəşər Əsədin hakimiyyətinin sona çatması ilə bütün Suriya xalqına azadlıq və sülh üçün yeni bir fürsət yaranıb. Bu, regionun sabitliyi üçün çox vacibdir", - Koşta bildirib.
Xatırladaq ki, noyabrın 27-də Suriya müxalifət silahlı birləşmələri Hələb və İdlib əyalətlərində hökumət qüvvələrinin mövqelərinə genişmiqyaslı hücuma keçib. Dekabrın 7-də axşam saatlarında Suriya prezidenti Bəşər Əsədin əleyhdarları bir neçə böyük şəhəri - Hələb, Həma, Deyr əz-Zor, Dəra və Homsu ələ keçiriblər. Ayın 8-də səhər saatlarında onlar Dəməşqə daxil olublar, bundan sonra Suriya ordusunun bölmələri şəhəri tərk ediblər. Bəşər Əsədin vəzifəsini və ölkəni tərk etdiyi bildirilir.
Oxşar xəbərlər
Suriyanın Madriddəki səfirliyinin eyvanında rəsmi bayraq dəyişdirilib
Bəşər Əsədin Dəməşqdə talan edilmiş sarayının görüntüləri yayılıb
Reuters: Suriya ordusunun komandanlığı zabitlərə Əsədin hakimiyyətinin sona çatdığını elan edib
Suriya üzrə araşdırmaçı: “Türkiyə bütün hallarda Suriya türkmənlərinin yanındadır və olacaq”
Suriya Prezidenti Bəşər Əsədin qardaşının İsrailin hücumu zamanı öldürülməsi ilə bağlı xəbərlər təkzib edilib - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
