Azərbaycanla Həştərxan arasında biznes əlaqələrinin genişləndirilməsi müzakirə olunub
Rusiyanın Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin Bakıda yerləşən Həştərxan Biznes Mərkəzinin və vilayətdəki Azərbaycan Biznes Mərkəzinin rəhbərləri ilə görüş keçirib.
“Sizinxeber.az” bu barədə "Həştərxan24" telekanalına istinadən xəbər verir.
Məlumata görə, tədbir regional nümayəndə heyətinin Bakıya səfərinin hazırlığı çərçivəsində keçirilib.
O qeyd edib ki, Azərbaycan uzun müddətdir Həştərxan vilayətinin əsas tərəfdaşı olaraq qalır: “Həştərxan və Bakıdakı biznes mərkəzləri ikitərəfli münasibətlərin inkişafında mühüm rol oynayır”.
İ.Babuşkin vurğulayıb ki, hər iki mərkəzin fəaliyyəti Rusiya və Azərbaycanın işgüzar cəmiyyətləri arasında birbaşa əlaqələr üçün əlverişli mühitin yaradılmasına yönəlib: “Bu mərkəzlər hər il ticari-iqtisadi və humanitar tədbirlər təşkil edir”.
Bakıdakı Həştərxan Biznes Mərkəzinin rəhbəri Fuad Hüseynovun sözlərinə görə, mərkəz 2024-cü ildə forum və sərgilər də daxil olmaqla 20-dən çox işgüzar tədbir keçirib: "Bu tədbirlərdə 10 mindən çox insan iştirak edib".
Oxşar xəbərlər
Həştərxan şirkətləri Azərbaycana balıq məhsullarının ilk tədarükünə başlayıb
Astara-Bakı-Həştərxan konteyner qatarı işə salına bilər
Putin Xəzərin problemlərinin araşdırılması üçün elmi təhlil aparılmasını tapşırıb
Həştərxanda keçiriləcək Media Forumda bütün Xəzəryanı ölkələrin nümayəndə heyətləri iştirak edəcək
Putin Xəzər dənizi ilə bağlı göstəriş verdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













