Papuaşvili: İnsanlara daş və “Molotov kokteylləri" atmaq avropalıların dinc nümayiş adlandırdığı şeylərdir
İnsanlara daş, “Molotov kokteylləri" atmaq, pirotexniki vasitələrdən insanlara qarşı istifadə etmək avropalıların sülh və dinc nümayiş adlandırdığı şeylərdir.
"Sizinxeber.az"un yerli bürosu xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili deyib.
O, Avropa siyasətçilərinə Gürcüstandakı etiraz aksiyalarında baş verən zorakılığı necə adlandırırlarsa, öz ölkələrində də eyni "dincliyi" arzulayıb.
“Qoy Gürcüstan televiziyasını açsınlar, onlar Rustaveli prospektində baş verənləri, etirazçıların polisə necə hücum etdiklərini, bəzilərinin pirotexniki vasitələrdən istifadə edilməsini hansısa zarafat adlandırmasını, 140 polisin xəsarət almasını izləsinlər. İnsanlara daş, “Molotov kokteylləri” atmaq, pirotexniki vasitələrdən istifadə etmək, o cümlədən birinci kanalın operatoruna qarşı tətbiqi – bütün bunlar avropalıların sülh və dinc nümayiş adlandırdığı şeylərdir. Bu utancvericidir”, - parlament sədri vurğulayıb.
Oxşar xəbərlər
Gürcü spiker: Bəzi Avropa siyasətçiləri zorakılığı sülh adlandırır, bu elədirsə, qoy, öz paytaxtlarında hər gün olsun
Gürcüstan polisi “Molotov kokteyli” hazırlayan şəxsi saxlayıb
ABŞ Gürcüstana yeni sanksiyalar tətbiq etməyə hazırlaşır
Gürcüstan parlamentinin sədri: Biz ABŞ-nin ştatı deyilik
Tbilisidə nümayişçilər polisə qarşı boya və pirotexniki vasitələrdən istifadə ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













