Tbilisidə nümayişçilər polisə qarşı boya və pirotexniki vasitələrdən istifadə ediblər
Gürcüstanın paytaxtı Tbilisi şəhərində Daxili İşlər Nazirliyinin əməkdaşları parlament binası yaxınlığında nümayişçilərin hüquq-mühafizə orqanlarının işçilərinə boya və pirotexniki vasitələr atmağa başlayandan sonra etirazçılara qarşı su şırnaqlarından istifadə ediblər.
Bu barədə “Sizinxeber.az”un əməkdaşı hadisə yerindən məlumat verib.
Su şırnaqlarından istifadə etməzdən əvvəl təhlükəsizlik qüvvələri aksiya iştirakçılarına qanundan kənara çıxamamaları barədə xəbərdarlıq edib. Bu, nümayişçilərlə polis əməkdaşları arasında vaxtaşırı toqquşmaların baş verməsi ilə əlaqədar elan edilib.
Etirazçılar polisə qarşı pirotexniki vasitələr və boya butulkalardan istifadə edərək onları toqquşmalara təhrik edirlər. Nümayişçilərin bu hərəkətləri nəticəsində xüsusi təyinatlıların böyük dəstəsi etirazçılara doğru hərəkət edib. Hazırda etirazlar davam edir.
Oxşar xəbərlər
Polis Tbilisidə nümayişçilərə qarşı su şırnaqlarından istifadə etməyə başlayıb
Tbilisidə xüsusi təyinatlılar etirazçıları dağıtmağa başlayıb - FOTO - VİDEO - YENİLƏNİB4
Tbilisinin hər yerində etirazlar yatırılıb - FOTO - VİDEO - YENİLƏNİB 5
Mingəçevirdə pirotexniki vasitələrin gizli satışı ilə məşğul olanlar məsuliyyətə cəlb edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda bu şəxslərin İŞ SAATI AZALDILIR? - AÇIQLAMA
-
Deputat: Uşaqpulu valideynlərdə tənbəllik yarada bilər - Video
-
Torpağına "kupça" ala bilməyənlərə VACİB XƏBƏR: Çıxış yolu AÇIQLANDI
-
Rəvan Həsənov: Qarabağda şəhərlər müasirlik və müxtəlifliyi birləşdirərək yenidən qurulur
-
Bu halda torpağınız əlinizdən ALINACAQ — DİQQƏT!
-
Azərbaycan Premyer Liqası: "Sabah" və "Qarabağ" cari mövsümdə sonuncu oyunlarını keçirəcəklər
