Kiyevdə aksiya - Rusiyadan “Azovstal” əsirlərini azad etmək tələb olunur - FOTOREPORTAJ
Ukraynanın Mariupol şəhəri, xüsusən də şəhərin “Azovstal” metallurgiya zavodu uğrunda döyüşlər zamanı Rusiyaya əsir düşən hərbçilərin azad olunması tələbi ilə Kiyevdə aksiyalar başlayıb.
Onlardan birinin anası Nataliya Kravtsova “Report”un Şərqi Avropa bürosuna açıqlamasında deyib ki, oğlu üç ay Mariupolun müdafiəsində iştirak edib.
Onun sözlərinə görə, “Susma, əsirləri öldürürlər” hərəkatının üzvüdür, iki aydır hər həftənin bazar günü aksiya keçirirlər.
N.Kravtsova bildirib ki, xarici ölkələrə, beynəlxalq təşkilatlara müharibənin acı nəticələri, Ukraynaya qarşı qəddar savaşın aparılması, əsir düşən ukraynalı əsgərlərə Rusiya tərəfindən qeyri-insani münasibət göstərildiyini çatdırırlar: “Beynəlxalq ictimaiyyətin əsirlərimizin tezliklə azad olunması istiqamətində aktiv iş aparmalarına çalışırıq”.
O söyləyib ki, Rusiyada əsir saxlanılan 700 nəfərin yalnız az hissəsi qaytarılıb: “Mariupol müdafiəçilərini hörmətlə anırıq. Çünki onlar 3 ay ərzində şəhəri qəhrəmancasına müdafiə etdilər və Ukraynanın digər ərazilərindəki birləşmələrə toparlanmaq üçün şərait yaratdılar”.
Liliya İvaşçık da aksiya iştirakçısıdır. Onun sevgilisi hazırda Rusiyada əsirlikdədir.
“O, Ukrayna Prezidenti Volodimir Zelenskinin əmri ilə “Azovstal”dan son çıxıb qarşı tərəfə təslim olan döyüşçülərdən biridir. Mən hər kəsin bu məsələyə diqqət yetirməsini istəyirəm. Qəhrəmanlarımızı unuda bilmərik, onlar öz vətənlərini qəhrəmancasına qorudular”, - L.İvaşçık bildirib.
Alişa Şemak isə deyib ki, həyat yoldaşı 20 aydır əsirlikdədir. O, 2022-ci ilin mayında “Azovstal” zavodu ətrafında əsir düşüb.
“Aksiya keçirməkdə məqsədimiz cəmiyyətə və ölkənin ali rəhbərliyinə yaxınlarımızın hələ də əsirlikdə olduğunu çatdırmaqdır. Onların azad olunması üçün səylərimizi artırmalıyıq, beynəlxalq təşkilatlara bu məsələ ilə daha yaxından məşğul olmaları üçün təzyiq göstərilməlidir”, - A.Şemak vurğulayıb.
Aksiya iştirakçısı Svetlana Vinakurovanın oğlu Azov briqadasının əsgəri olub. O söyləyib ki, aksiya keçirməkdə məqsədləri əsirlərin azad olunmasını tələb etməkdir:
“Mənim tək oğlum əsirlikdədir. Onları dəyişmirlər. Nəinki dəyişmirlər, hətta Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələrini onlara yaxın belə buraxmırlar. Rusiya onların əsir götürüldüyünü rəsmən təsdiqləmir. Oğlumun azad edilməsini istəyirəm. İki ilə yaxındır əsirlikdədir, ondan heç bir məlumat ala bilmirik”, - S.Vinakurova bildirib.
Qeyd edək ki, “Azovstal” zavodu 2022-ci ilin mayında Rusiyanın əlinə keçib. O zaman Ukraynanın 1000-ə yaxın döyüşçüsü qarşı tərəfə təslim olub. Bu, Mariupolun işğalı üçün şərait yaradıb. Rusiya qüvvələri 2022-ci il mayın 20-də Mariupolu işğal edib. Şəhər meriyasının məlumatına görə, işğal nəticəsində şəhərin azı 10 min dinc sakini həlak olub.
“Azovstal” zavodunda əsir düşən hərbçilərin sayının 2 mindən çox olduğu bildirilir.




width="220" alt="Azad edilmiş ərazilərdə yeni kütləvi məzarlıqların aşkar ediləcəyi gözlənilir - İsmayıl Axundov" />
width="220" alt="Kiyevdə silsilə partlayışlar: xəsarət alanlar var" />
width="220" alt="Azərbaycan və Ermənistan tərəfində saxlanılan hərbçilər qarşılıqlı şəkildə azad ediliblər" />
width="220" alt="Əsirlikdən azad olunan Hüseyn Axundovun anası: “Səkkiz ay bizə 800 il oldu”" />
width="220" alt="Ombudsman Ermənistanın əsir götürdüyü Azərbaycan hərbçilərinin məsələsini Miyatoviçlə müzakirə edib" />
alt="ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır" />
alt="Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu" />
alt="Tramp Netanyahu ilə görüşdən sonra İran üzrə razılıq əldə olunmadığını bildirib" />
alt="Heqset: ABŞ uzun müddət digər ölkələri qoruyaraq, öz təhlükəsizliyini arxa plana atıb" />
alt="Heç kimin düşünmədiyi risk: SSD-lər nə qədər təhlükəsizdir?">
alt="“Google Gemini” artıq Azərbaycan dilində istifadəçilər üçün əlçatandır">
alt=""YouTube"da 1 milyon izlənmə 5 500 dollar qazandırır - YouTuber açıqladı">
alt="“Wi-Fi 8” prototipi rekord məlumatötürmə sürəti nümayiş etdirib">
width="290" alt="Kredit kartı: problem kartdadır, yoxsa istifadəçidə?" />
width="290" alt="Elit məktəb, girişdə silah sərbəstdir" />
width="290" alt="QANLA YAZILAN GECƏ" />
width="290" alt="Rafael Ağayev qala-qala, tədbirə bloqeri dəvət etdilər" />
width="290" alt="Sözüm var: Mədəniyyət Nazirliyinə" />
width="290" alt="Gediş haqqı – zəhmətkeşin cibindən çıxan son qəpik" />
width="290" alt="Cabir İmanovun əziz xatirəsinə…" />
width="290" alt="Nilay və Ali Baş Komandan" />
width="290" alt="Dolmuş avtobusa 1 AZN?" />
width="290" alt=""ChatGPT", yoxsa həkimlər? - Həyatınızı kimə etibar edirsiniz?" />