Əsirlikdən azad olunan Hüseyn Axundovun anası: “Səkkiz ay bizə 800 il oldu”
sizinxeber.az xəbər saytı

Əsirlikdən azad olunan Hüseyn Axundovun anası: “Səkkiz ay bizə 800 il oldu”


“Ömürlük həbs qərarının verilməsinin üzərindən 24 saat keçməmiş Hüseynin azadlıq xəbərini alanda qanad açıb uçurdum”.

Sizinxəbər.Az xəbər verir ki,bu sözləri əsirlikdən azad olunan Hüseyn Axundovun anası Şəlalə Axundova deyib.

O, övladının erməni əsarətindən azad olunmasına görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

“Səkkiz ay bizə 800 il oldu. Hər dəfə Hüseynlə Aqşinin videolarına baxanda, məktublarını oxuyanda ömrümüzdən ömür getdi. Hər iki uşaq əsir düşdüyü gündən evlərimizdə qazan qaynamayıb. Bizim yemək bişirib yeməyə həvəsimiz olmayıb. Çünki deyirdik ki, görəsən, onlar nə yeyirlər, nə içirlər. Mən çox çay içən insanam, amma Hüseyn əsir düşən gündən çayımı heç vaxt axıra kimi içə bilməmişəm. Biz iki ana ancaq dərmanla yaşamışıq”.

Ətraflı Baku TV-nin süjetində:

Oxşar xəbərlər

Əsir əsgərlərimiz nə vaxt qayıdır? - Əsgər anası [xfgiven_updateblue][/xfgiven_updateblue]
Əsirlikdən azad olunan hərbçilərimizin ailəsi danışdı - DETALLAR [xfgiven_updateblue][/xfgiven_updateblue]
Əsirlikdən azad olunan Hüseyn danışdı [xfgiven_updateblue][/xfgiven_updateblue]
Əsirlikdən azad edilən Aqşin və Hüseyn xəstəxanaya yerləşdiriliblər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Əsirlikdən azad olunan Aqşin Bəbirovun atası DANIŞDI [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər