Ermənistan "konyak"ı "erməni brendisi" ilə əvəz edir
sizinxeber.az xəbər saytı

Ermənistan "konyak"ı "erməni brendisi" ilə əvəz edir


Ermənistan istehsalçıları öz məhsullarını Avropa İttifaqının (Aİ) mühafizə etdiyi coğrafi göstərici olan "konyak" adı ilə markalamayacaq.

“Sizinxeber.az”un Ermənistan mediasına istinadən verdiyi xəbərə görə, iqtisadiyyat naziri Gevork Papoyan bildirib ki, bunun əvəzində ölkədə istehsal olunan spirtli içkilər "erməni brendisi" adlandırılacaq.

Nazir "konyak" coğrafi göstəricisinin istifadəsinin dayandırılması üçün lazımi proseslərin aparıldığını qeyd edib.

Onun sözlərinə görə, Aİ-nin dəstək proqramına iki həftədən sonra start veriləcək. Layihə çərçivəsində Aİ aşağıdakı istiqamətlərdə dəstək göstərəcək: satılan brendinin keyfiyyətinə nəzarəti təmin etmək üçün laboratoriya infrastrukturuna tələbləri müəyyən edilməsi, keyfiyyətə nəzarət sisteminin işlənib hazırlanması və s.

Oxşar xəbərlər

Paşinyan: Ölkəmizdə istehsal edilən alkoqollu məhsulları konyak adlandırmaq olmaz
KİV: Ermənistan konyaklarının 90 %-nin təhlükəli olduğu aşkarlanıb
Rusiyada satılan Ermənistan konyaklarında təhlükə aşkarlanıb
Fransa İnkişaf Agentliyi Ermənistana 75 milyon avro kredit ayıracaq
Belarus Ermənistanın "Ararat konyak zavodu"nun məhsullarına qadağa qoyub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər