Ermənistanda Azərbaycanla sərhədlərin delimitasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında reqlament təsdiqlənib
sizinxeber.az xəbər saytı

Ermənistanda Azərbaycanla sərhədlərin delimitasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında reqlament təsdiqlənib


Ermənistan parlamenti Azərbaycanla sərhədlərin delimitasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında reqlamenti ratifikasiya edib.

“Sizinxeber.az” Ermənistan KİV-ə istinadən xəbər verir ki, sənədin lehinə 67 deputat səs verib.

Qeyd edək ki, Azərbaycan və Ermənistan sözügedən əsasnaməni avqustun 30-da imzalayıb. Reqlament delimitasiya işlərinin təşkilini və müvafiq sənədlərin qəbulunu, dövlət sərhədinin kəsişməsinin protokol-təsvirinin tərtibini, müvafiq miqyaslı delimitasiya xəritəsinin tərtibini, ekspert qruplarının işini nəzərdə tutur.

Bundan əlavə, sentyabrın 26-da Ermənistanın Konstitusiya Məhkəməsi Azərbaycanla sərhədlərin delmitasiyası üzrə işçi komissiyanın reqlamentinin qanunauyğun olduğuna dair qərar qəbul edib.

Oxşar xəbərlər

Ermənistan Azərbaycanla sərhədlərin delimitasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında reqlament layihəsini təsdiqləyib
Delimitasiya üzrə komissiyaların növbəti iclası reqlamentin ratifikasiyasından sonra baş tutacaq
Ermənistan Azərbaycanla sərhədin delimitasiyası üzrə komissiyalar haqqında Əsasnaməni təsdiqləyib
Ermənistanda Azərbaycanla sərhədlərin delimitasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında reqlament layihəsi müzakirə edilir
Azərbaycanla sərhədlərin delimitasiyası üzrə reqlament layihəsi Ermənistan parlamentinə daxil olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər