sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Pakistanla sərhəddə hücum zamanı 3 iranlı sərhədçi həlak olub
Pakistanla sərhəddə yerləşən Mircave şəhəri yaxınlığında, Sistan və Bəlucistan əyalətində silahlı hücum nəticəsində 3 iranlı sərhədçi həlak olub.
“Sizinxeber.az” IRNA agentliyinə istinadən xəbər verir ki, bu barədə Zahidan şəhərinin (əyalətin inzibati mərkəzi) prokuroru Mehdi Şəmsabadi bildirib.
“Bu gün axşam saatlarında Mircavedə yanacaqdoldurma məntəqəsində bir neçə naməlum silahlı şəxs yanacaq dolduran sərhədçilərin avtomobilinə atəş açıb”, – o deyib.
Şəmsabadinin sözlərinə görə, prokurorun terror aktı adlandırdığı hücumda iki əsgər və bir leytenant rütbəli zabit həlak olub. Bundan əlavə, yanacaqdoldurma məntəqəsində olan mülki şəxs də yaralanıb.
Oxşar xəbərlər
Suriyada terror aktı nəticəsində bir neçə hərbçi həlak olub
Əfqanıstanda silahlı şəxslərin hücumu nəticəsində 14 nəfər həlak olub
İordan çayının qərb sahilində terror aktı nəticəsində 3 İsrail polisi həlak olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
