Qazaxıstanda 26-cı “WPC Energy” Konqresi keçiriləcək
sizinxeber.az xəbər saytı

Qazaxıstanda 26-cı “WPC Energy” Konqresi keçiriləcək


2028-ci ildə Qazaxıstanın paytaxtı Astanada 26-cı “WPC Energy” Konqresinin keçirilməsinə dair saziş imzalanıb.

Bu barədə "Sizinxeber.az"un Qazaxıstan bürosuna Astanada işgüzar səfərdə olan “WPC Energy” şirkətinin prezidenti Pedro Miras Salamanka məlumat verib.

“Astanaya səfərim çərçivəsində mən Qazaxıstanın Baş naziri Oljas Bektenov ilə görüşdüm. 26-cı “WPC Energy” Konqresinin 2028-ci ildə Astanada keçirilməsinə dair saziş imzalanıb”, - o bildirib.

P.Salamankanın fikrincə, Qazaxıstanın paytaxtında dünya səviyyəli tədbirlərin keçirilməsi üçün hər cür şərait var. O vurğulayıb ki, EXPO Beynəlxalq Mərkəzinin infrastrukturu 2028-ci ildə Konqresin keçirilməsi üçün “WPC Energy” şirkətinin bütün tələblərinə cavab verir.

Beləliklə, Qazaxıstan Mərkəzi Asiya ölkələrindən “WPC Energy” Konqresi kimi mühüm bir tədbirə ev sahibliyi edən ilk ölkə olacaq.

Oxşar xəbərlər

KOBİA "ACWA Power Azerbaijan Renewable Energy" ilə Anlaşma Memorandumu imzalayıb
Pərviz Şahbazov "Wind Energy Hamburg" tədbirində iştirak edəcək
"Energy China" öz törəmə şirkətləri vasitəsilə Azərbaycanda iştirakını genişləndirir
Mərkəzi Asiya ölkələrinin liderləri Astanada səfərdədir - YENİLƏNİB
Tacikistan və Qırğızıstan prezidentləri Qazaxıstanda işgüzar səfərdədirlər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər