Qazaxıstan XİN: TDT özünü sülh və davamlı inkişafı möhkəmləndirən nüfuzlu subyekt kimi göstərə bilib
Türk Dövlətləri Təşkilatı (TDT) özünü sülh və davamlı inkişafı möhkəmləndirməyə töhfə verməyə çalışan beynəlxalq münasibətlərin tamhüquqlu və nüfuzlu subyekti kimi elan edə bilib.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin (XİN) Naxçıvan Sazişinin imzalanmasının 15-ci ildönümü ilə bağlı bəyanatında bildirilib.
Qeyd olunub ki, 15 il əvvəl məhz bu gün Naxçıvan şəhərində "Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında Saziş"ə imza atılıb və sonradan Şuranın adı Türk Dövlətləri Təşkilatı olaraq dəyişdirilib:
"Türk inteqrasiyası tranzit və nəqliyyat, iqtisadiyyat, ekologiya, elm, təhsil, incəsənət, turizm, idman məsələlərindən başlayaraq genişmiqyaslı əməkdaşlığı əhatə edir. Qazaxıstan TDT fəaliyyəti çərçivəsində inteqrasiyanı inkişaf etdirərək təşkilatın təşəbbüskarı və əsasını qoyan dövlətlərdən biridir. Buna Türk ölkələrinin birliyini və əməkdaşlığını möhkəmləndirməyə yönəlmiş, səkkiz prioriteti əhatə edən "TURKTIME!" şüarı ilə qəbul edilmiş cari ildə Qazaxıstanın TDT-dəki sədrlik proqramı sübutdur".
Qeyd edək ki, 3 oktyabr 2009-cu ildə Türkdilli ölkələrin dövlət başçılarının IX Zirvə Görüşündə iştirakçı dövlətlər - Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə tərəfindən imzalanan və Türk Şurasının yaranmasına gətirib çıxaran Naxçıvan Sazişi imzalanıb. Sənədin imzalanma tarixi - 3 oktyabr Türkdilli Ölkələrin Əməkdaşlıq Günü elan edilib və hər il qeyd olunmaqdadır.
Oxşar xəbərlər
Türkiyə XİN: "Dildə, Fikirdə, İşdə Birlik" şüarını gerçəkləşdirmək üçün Türk dövlətləri ilə çalışmağa davam edəcəyik [xfgiven_updateblue][/xfgiven_updateblue]
TDT-nin Baş katibi Naxçıvan Sazişinin ildönümü ilə bağlı türk dünyasını təbrik edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qazaxıstan TDT çərçivəsində sadələşdirilmiş gömrük dəhlizinin yaradılması haqqında sazişi təsdiqləyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türk dövlətləri təhlükəsizlik sahəsində əməkdaşlığı möhkəmləndirməlidir - Qazaxıstan Prezidenti [xfgiven_updateblue][/xfgiven_updateblue]
İlham Əliyev: “Bu gün TDT beynəlxalq səviyyədə böyük siyasi çəkiyə və nüfuza malikdir” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












