Ermənistanda Aİ-yə üzvlüklə bağlı imzatoplama kampaniyası başlayıb
Sentyabrın 16-da Ermənistanda ölkənin Avropa İttifaqına (Aİ) daxil olması ilə bağlı imzaların toplanmasına başlanılıb.
“Report” Ermənistanın Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat xidmətinə istinadən xəbər verir ki, Komissiya sentyabrın 11-də “Ermənistan Respublikasının Avropa İttifaqına qoşulma prosesinin başlanması haqqında” qanun layihəsinin parlamentin müzakirəsinə çıxarılması üçün təşəbbüs qrupunun yaradılması təklifi ilə razılaşıb.
“Respublika” Partiyası Siyasi Şurasının üzvü, 2018-2019-cu illərdə Ermənistanın ədliyyə naziri vəzifəsində çalışmış Artak Zeynalyan təşəbbüs qrupunun səlahiyyətli nümayəndəsi təyin edilib.
MSK imzaların toplanmasının sentyabrın 16-dan noyabrın 14-ü daxil olmaqla keçirilməsi barədə qərar qəbul edib. Qanun layihəsinin parlamentin müzakirəsinə çıxarılması üçün 50 min vətəndaşın imzası lazımdır. Əgər təşəbbüs qrupu buna nail olsa və deputatlar qanun layihəsini təsdiq etməsələr, onda Ermənistan qanunvericiliyi layihənin referenduma çıxarılması üçün imzaların toplanmasını nəzərdə tutur. Bunun üçünsə 300 min imza lazımdır.
Oxşar xəbərlər
Ermənistan Aİ-yə üzvlüklə bağlı imzatoplama kampaniyasına başlaya bilər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ermənistanın Aİ-yə üzvlüklə bağlı imzatoplama kampaniyasına sentyabrın 16-da başlanacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ermənistanda Avropa İttifaqına üzvlüklə bağlı imzatoplama kampaniyasına başlanır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Argentina parlamenti pensiya ilə bağlı qanuna veto qoya bilməyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sandu Moldovanın Aİ-yə daxil olması ilə bağlı referendum keçirilməsini istəyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












