Vaxtilə Qarabağda SES sahibi olmuş separatçı intihar edib
sizinxeber.az xəbər saytı

Vaxtilə Qarabağda SES sahibi olmuş separatçı intihar edib


Qarabağdakı separatçı rejimin keçmiş liderlərindən biri Arşavir Qaramyanın keçmiş kürəkəni Loris Yeqoyan intihar edib.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə Ermənistan KİV-i mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunur ki, həmin şəxs “Beretta” tapançasından atəş açaraq özünə qəsd edib.

Nəşrin məlumatına görə, Yeqoyan və Qaramyanın qızı bir neçə ildir ki, boşanıb. O, uzun illər Qarabağda su elektrik stansiyasının sahibi, eləcə də kollektor agentliyinin direktoru olub.

Oxşar xəbərlər

Paşinyan keçmiş separatçıların şərtləri ilə ermənilərin Qarabağa qayıtmasını real saymır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər