Ermənistanda İrəvan Ağsaqqallar Şurasının üç müxalifət üzvünü mandatdan məhrum etmək istəyirlər
“Mülki müqavilə” fraksiyası İrəvan Ağsaqqallar Şurasının üç müxalifət üzvünü mandatdan məhrum etmək istəyir.
“Report” xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.
Bildirilib ki, hakim partiya “Milli Tərəqqi” fraksiyasının rəhbəri Qriqor Yeritsyanın, “İctimai səs” fraksiyasının üzvləri Anuş Xudaverdyan və Anuş Qinosyanın səlahiyyətlərini vaxtından əvvəl dayandırmaq istəyir.
Məlumata görə, qərar layihəsi Şuranın sentyabrın 10-da keçiriləcək iclasının gündəliyinə daxil edilib.
Qeyd olunub ki, hüquq məsələləri üzrə komissiyanın üzvü olan Q.Yeritsyan yeddi iclasdan yalnız birində iştirak edib. O, həmçinin Şuranın özünün bir iclasında (ikinci sessiya) iştirak edib. A.Xudaverdyan və A.Qinosyan isə Ağsaqqallar Şurasında səsvermənin yarısından çoxunu qaçırıblar.
Q.Yeritsyan da öz növbəsində sosial şəbəkələrdə yazıb ki, bu, mer Tiqran Avinyanın “qisas almaq” və opponentlərdən azad olmaq cəhdidir. Onun sözlərinə görə, bu, təhlükəli presedent yaradır, çünki hakimiyyət heç vaxt müxalifət fraksiyasının rəhbərini mandatdan məhrum etməyib.
Oxşar xəbərlər
Gürcüstan DİN “Vahid Milli Hərəkat”ın iki üzvünü saxlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
DÇ-2026: Argentina Avstriyaya qarşı ilk hissəni Messinin qolu ilə öndə tamamlayıb - YENİLƏNİR-3
