Ərdoğan: Türkiyə fərqli regionlardakı toqquşmalara son qoymaq üçün bütün imkanlarını səfərbər edir
Türkiyə dünyanın fərqli regionlardakı toqquşmalara, zülmə son qoymaq üçün bütün imkanlarını səfərbər edir.
“Sizinxeber.az” “Haber Gobal”a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 30 avqust - Zəfər Günü münasibətilə təbrik mesajında deyib.
O bildirib ki, Türkiyə bu gün dünənə nisbətən daha güclüdür: “Sabah daha da güclü olacağıq. Hər kəsin ədalətli təmsil olunduğu beynəlxalq sistemi mütləq təsis edəcəyik”.
Prezidentin sözlərinə görə, Türkiyə milləti özünün böyük zəfəri ilə göstərdi ki, əsarəti qəbul etmir: “Türkiyə xalqı iradəsinə zəncir vurdurmaz, öz yurdunda müstəqil olaraq yaşamaq idealından imtina etməz. Biz böyük zəfərlə bunu bir daha göstərdik. Böyük və güclü Türkiyə idealımızı addım-addım reallaşdırırıq”.
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mehdiyev qızının ölümü ilə bağlı ilginc detalları açdı
-
Malhar Pendse: "Azərbaycan "Airbus" üçün vacib müştəridir"
-
Airbus: Azərbaycan bizim üçün strateji əhəmiyyətə malik ölkədir
-
AZAL üçün ilk "A321neo" təyyarəsi bu gün təhvil veriləcək - FOTO
-
Süni intellekt yaxın aylarda istənilən müdafiəni sındıra biləcək
-
Türkiyənin iki vilayətində naməlum pilotsuz uçuş aparatları aşkarlanıb
