Türkiyədə meşə yanğınları ilə bağlı 6 nəfər saxlanılıb, daha 3-ü axtarışa verilib
Türkiyə hakimiyyət orqanları ölkənin şimal-qərb və qərb bölgələrinin böyük bir hissəsini əhatə edən meşə yanğınlarının səbəbini araşdırır.
"Report" xəbər verir ki, bu barədə ölkənin ədliyyə naziri Yılmaz Tunç "X"dəki paylaşımında yazıb.
“Ölkəmizin müxtəlif bölgələrində baş verən meşə yanğınları ilə bağlı prokurorluq araşdırmalara başlayıb”, - o, qeyd edib.
Türkiyənin kənd və meşə təsərrüfatı naziri İbrahim Yumaklı "TRT Haber" telekanalında deyib ki, yanğınlarla bağlı müxtəlif versiyalar nəzərdən keçirilir. "Hazırda təxribat əlaməti yoxdur", - nazir bildirib. Onun sözlərinə görə, İzmir də daxil olmaqla yanğınla bağlı aparılan araşdırmalar çərçivəsində 6 nəfər saxlanılıb, daha 3 nəfər axtarışa verilib.
Türkiyə Səhiyyə Nazirliyinin məlumatına görə, İzmirdə baş verən təbii yanğında əsasən 78 nəfər xəsarət alıb, onlardan 29-nun müalicəsi xəstəxanalarda davam etdirilir. İzmirdə yanğının söndürülməsinə 3 minə yaxın insan, 600 texnika, 5 təyyarə və 11 helikopter cəlb olunub. Vilayətin 8 müxtəlif bölgəsindən 900 nəfər ehtiyat tədbiri olaraq təxliyə edilib.
Ümumilikdə Türkiyənin cənub, qərb və şimal-qərbində yerləşən İzmir, Aydın, Muğla, Manisa və Bolu vilayətlərində baş verən meşə yanğınlarının söndürülməsinə 4,7 mindən çox insan, 1,2 min yerüstü texnika və 90 təyyarə cəlb olunub. Ehtiyat tədbiri olaraq yanğın bölgələrindən 3,6 minə yaxın insan təxliyə edilib.
Avqustun 16-da axşam saatlarında yanğın İzmirin 4 milyonluq yaşayış məntəqələrinə çatıb. İzmir valisi Süleyman Elbanın verdiyi məlumata görə, sürəti 80 km/saata çatan güclü külək gün ərzində yanğının söndürülməsinə mane olub.
Oxşar xəbərlər
Türkiyə Yunanıstana meşə yanğınları ilə mübarizə üçün yardım təklif edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiyada meşə yanğınları güclənib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İzmirdə meşə yanğını yaşayış evlərinə çatıb, sakinlər təxliyə olunur [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nazir: Türkiyədəki meşə yanğınlarının 90 faizi insan faktoru ilə bağlıdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nazir: Türkiyədə meşə yanğınları keçən ilə nisbətən artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












