Esmail Esfahani: İran ABŞ ilə danışıqlarda güzəştə getməyəcək
ABŞ İranla bağlı məqsədlərinə hərbi yolla nail ola bilmədiyi üçün, indi istədiyinə danışıqlar masası arxasında nail olmağa çalışır, lakin Tehran güzəştə getmək niyyətində deyil.
"Sizinxeber.az" İran mediasına istinadən xəbər verir ki, bu barədə İranın vitse-prezidenti Esmail Səqab Esfahani bildirib.
"ABŞ öz məqsədlərinin heç birinə nail ola bilməyib. Belə bir şəraitdə onların danışıqlar istəməsi tamamilə təbiidir. Düşmən özünü supergüc kimi hiss edib və heç bir nəticə verməyən müharibəyə girişib. O, hərbi əməliyyatları 3-4 gün ərzində başa çatdırmaq niyyətində idi, lakin çıxılmaz vəziyyətə düşüb. İndi isə döyüş meydanında nail ola bilmədiyini danışıqlarda əldə etməyə cəhd edir", - o deyib.
Esfahani vurğulayıb ki, İran danışıqlar prosesində güzəştə getməyəcək. "İranın cavabı aydındır: döyüş meydanında qəbul etmədiyini, danışıqlar masası arxasında da qəbul etməyəcək", - o qeyd edib.
Daha əvvəl Pakistanın "Geo TV" kanalı məlumat verib ki, İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ ilə danışıqlar üçün bu gün axşam Pakistana yola düşməlidir.
Oxşar xəbərlər
XİN: İran ABŞ ilə təzyiq altında danışıqlar aparmaq niyyətində deyil
ABŞ İranla danışıqlarda güzəştlərə hazır olduğunu bildirib
İranın vitse-prezidenti: Neft quyularımız vurularsa, cavab zərbələri endiriləcək
İran təzyiq və təhdidlər altında ABŞ ilə danışıqlar aparmayacaq
ABŞ – İran altıncı danışıqlar raundu baş tutmaya bilər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
