İran XİN: ABŞ-nin hücumlarını cavabsız qoymayacağıq
sizinxeber.az xəbər saytı

İran XİN: ABŞ-nin hücumlarını cavabsız qoymayacağıq


İran İsrailin hücumlarının davam etməsi fonunda ABŞ ilə danışıqlar aparmayacaq, lakin onun İslam Respublikasının nüvə obyektlərinə endirdiyi zərbələrə cavab verəcək.

“Sizinxeber.az” “Tasnim” agentliyinə istinadən xəbər verir ki, bu barədə İranın xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini Məcid Təxtri Rəvançi bildirib.

O, ölkənin nüvə obyektlərinə son hücumları belə şərh edib: "İsrailin ABŞ-nin dəstəyi ilə bizə hücum etdiyi bir vaxtda dialoqu davam etdirməyin mənası yoxdur. Biz sadəcə danışıqlar naminə danışıqlar aparmırıq".

Onun sözlərinə görə, Tehran iyunun 13-də İsrailin İrana hücumu zamanı Vaşinqtonla əlaqə saxlayıb, "akin cari hadisələr dialoqu davam etdirməyi qeyri-mümkün edir.

Nazir müavini həmçinin bildirib ki, İran ölkənin nüvə obyektlərinə ABŞ-nin hücumlarına cavab verəcək, lakin o, mümkün cavab addımlarının təfərrüatlarını açıqlamayıb: "Mən hərbçi deyiləm, amma bizim hərbçilərimiz nə edəcəklərini bilir və bunu edəcəklər".

Oxşar xəbərlər

Bayden İsrailin İranın nüvə obyektlərinə zərbələrini dəstəkləməyib
İran Xarici İşlər Nazirliyi ABŞ və ya İsraillə danışıqları istisna edib
Rəsmi Tehran: "ABŞ ilə nüvə danışıqları artıq mənasızdır"
BMT-nin baş katibi İsrail və İrana çağırış edib
İran Baş Qərargahının sözçüsü: Tehran İsrailin hücumlarına sərt cavab verəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər