Bu il Yakutiyada 3 milyon hektardan çox meşə yanıb
Bu il Rusiyanın Saxa Respublikasında meşə yanğınlarının əhatə etdiyi ərazi 3,2 milyon hektardan çox olub.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə “TASS”a Saxa Respublikasının (Yakutiya) ekologiya, təbiətdən istifadə və meşə təsərrüfatı nazirinin müavini Luka Safonov məlumat verib.
Onun sözlərinə görə, cari il ərzində qeydə alınan 1006 yanğın 3249254,33 hektar meşə ərazisini məhv edib:
“Bütün meşə yanğınları yol infrastrukturunun çatışmazlığı olan çətin və ucqar ərazilərdə baş verib. Demək olar ki, bütün yanğınlar texniki avadanlıqdan istifadə edilmədən əllə söndürülürdü ki, bu da işləri çətinləşdirirdi”. Onun sözlərinə görə, Federal Aviasiya Meşə Xidmətinin aprel ayında təqdim etdiyi meşə yanğını riskləri ilə bağlı proqnoz 70% doğru olub.
Yakutiya Rusiyanın ən çox yanğın təhlükəsi olan bölgələrindən biridir. Respublikada ümumi meşə sahəsi 256,1 milyon hektardır (ərazinin 83,4 faizi). İyunun 11-də ölkədə meşə yanğınları ilə əlaqədar fövqəladə vəziyyət, iyunun 26-da Yakutiyanın bütün ərazisində xüsusi yanğın rejimi, iyulun 1-də isə federal fövqəladə rejim tətbiq edilib.
Müqayisə üçün qeyd edək ki, Azərbaycanın ümumu meşə fondunun sahəsi 1,2 milyon hektardan çoxdur.
Oxşar xəbərlər
Yakutiya meşələrində yanğınların sahəsi 1 milyon hektarı ötüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiyada meşə yanğınları güclənib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nazir müavini: Türkiyə pilotsuz təyyarələrdən meşə yanğınları ilə mübarizədə istifadə edir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nazir: Türkiyədəki meşə yanğınlarının 90 faizi insan faktoru ilə bağlıdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türkiyədə bütün meşə yanğınları nəzarət altına alınıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












