DTX rəisi: Ermənistan itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılmasında hələ də qeyri-konstruktiv mövqe sərgiləyir
sizinxeber.az xəbər saytı

DTX rəisi: Ermənistan itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılmasında hələ də qeyri-konstruktiv mövqe sərgiləyir


Ermənistan itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması sahəsində hələ də qeyri-konstruktiv mövqe sərgiləyir.

“Sizinxeber.az” xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın baş direktoru xanım Katrin Bombergeri ilə görüşü zamanı deyib.

Dövlət Komissiyasının sədri qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin daim diqqət mərkəzində saxladığı itkin soydaşlarımızın axtarışı məsələsi ilə bağlı Komissiyanın qarşısında qoyduğu vəzifələrin icrası yönündə davam etdirilən təxirəsalınmaz tədbirdir:

“Qarabağ münaqişəsi nəticəsində itkin düşmüş şəxslərə aid məzar yerlərinin müəyyən edilərək ekshumasiyası və tapılmış meyit qalıqlarının eyniləşdirilməsi istiqamətində işlər görülüb. Eyni zamanda itkin şəxslərin taleyinin aydınlaşdırılması sahəsində Ermənistan əməkdaşlıq etmək niyyətində olmur və hələ də qeyri-konstruktiv mövqe sərgiləyir”.

Oxşar xəbərlər

Əli Nağıyev İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın baş direktoru ilə görüşüb
DTX rəisi İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın baş direktoru ilə görüşüb
Azərbaycan və Ermənistan itkin düşmüş şəxslərin taleyi ilə bağlı fikir mübadiləsi aparıb
Azərbaycan və Ermənistan itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi ilə bağlı müzakirələr aparıb
Xocalıda itkin düşmüş şəxslərə aid ehtimal edilən məzar yerlərində qazıntı və ekshumasiya işləri aparılacaq - RƏSMİ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər